SƏNƏDLƏR

Xüsusi notariuslar üçün yeni öhdəlik müəyyənləşib
04 OKTYABR
155

Xüsusi notariuslar üçün yeni öhdəlik müəyyənləşib

2019-10-04 12:20:00

Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
Fins.az-ın məlumatına görə, qərara əsasən, xüsusi notariuslar üçün yeni öhdəlik müəyyənləşib.
Beləliklə , xüsusi notariuslar “Mühasibat uçotu haqqında” qanununa əsasən işi təşkil etməli, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə  Dövlət Statistika Komitəsinin yerli statistika orqanlarına, Maliyyə Nazirliyinin yerli bölmələrinə məlumat və Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannamə (hesabat) verməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır