SƏNƏDLƏR

Araz-Türk Cümhuriyyətinin fəaliyyəti tədqiq ediləcək
25 SENTYABR
140

Araz-Türk Cümhuriyyətinin fəaliyyəti tədqiq ediləcək

2019-09-25 10:27:00

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 24-də Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında sərəncam imzalayıb.

Fins.az-ın məlumatına görə, sərəncamda deyilir ki, çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan milli istiqlaliyyət tariximizdə xüsusi yer tutur: "XX əsrin əvvəllərində Naxçıvanın ağır tarixi-siyasi şəraitdə erməni təcavüzü və soyqırım siyasəti ilə üz-üzə qalması, burada güclü dövlət idarəçiliyi və nizami hərbi qüvvələrin təşkilinə ciddi ehtiyac yaratmışdır. 1918-ci ildə tarixi zərurətdən yaranan Araz-Türk Cümhuriyyətinin uğurlu hərbi və diplomatik fəaliyyəti Naxçıvanı erməni təcavüzündən qorumuş və bununla da dövlət müstəqilliyi uğrunda mübarizədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur".

Sərəncamla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fonduna Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birgə “Araz-Türk Cümhuriyyəti” elmi-tədqiqat qrupu yaratmaq, tədqiqatın nəticələri əsasında elmi nəşr hazırlamaq tapşırılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır