SƏNƏDLƏR

Sertifikat xidmətlərinin göstərilməsi qaydalarında dəyişiklik edilib
09 SENTYABR
122

Sertifikat xidmətlərinin göstərilməsi qaydalarında dəyişiklik edilib

2019-09-09 10:55:00

Nazirlər Kabinetinin təsdiqlədiyi “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilib.

Fins.az-ın məlumatına görə, qaydanın indiyədək olan variantına əsasən, təqdim olunmuş sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə Mərkəz arasında yazılı müqavilə bağlanılırdı.

Yeni dəyişikliklərə əsasən, müqavilənin yazılı formada olması əsas şərt olmayacaq.

Bundan başqa, indiydək hazırlanmış sertifikat kağız daşıyıcıda və elektron formada imza sahibinə təqdim edilirdi. İndi isə sertifikat kağız daşıyıcıda və ya elektron formada imza sahibinə təqdim edilə bilər.

Sənədə edilən yeni əlavəyə əsasən, imza sahibi sertifikatın qüvvədə olma müddəti başa çatanadək, yeni sertifikatın alınması üçün Mərkəzə elektron müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır