SƏNƏDLƏR

Baş nazir əmr verdi
26 AVQUST
245

Baş nazir əmr verdi

2019-08-26 15:32:00

№ 366  Bakı şəhəri, 22 avqust 2019-cu il


“Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması”nın və “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından  alınan  texniki yardım  və  ya   qrant   hesabına   həyata   keçirilən layihələrə dair yekun hesabat forması”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:
1. “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına və dövlətə məxsus müəssisələrinə tapşırılsın: 
3.1.  Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrin icrasına dair illik dövr üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda bu Qərarın 1-ci hissəsi ilə təsdiq olunmuş formaya uyğun olaraq, müvafiq hesabat dövründən sonrakı 10 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər; 
3.2. Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabatı kağız və elektron daşıyıcılarda bu Qərarın 2-ci hissəsi ilə təsdiq olunmuş formaya uyğun olaraq layihə bitdikdən sonra 20 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərsinlər və sonrakı 30 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. 
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən bu Qərarın 1-ci hissəsi ilə təsdiq olunmuş formaya uyğun olaraq təqdim edilmiş məlumatları ümumiləşdirib, illik hesabat şəklində kağız və elektron daşıyıcılarda (həmçinin, ümumiləşdirilmiş məlumatları slaydlarda olmaqla təqdimat formatında) müvafiq hesabat dövründən sonra 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
5. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə həvalə edilsin.
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 avqust

tarixli 366 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

                                                                        1 nömrəli əlavə

 

 

 

 

Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair …………………         .dövri hesabat forması

 

 

 

Sıra

№-si

Başlıqlar

Layihəyə dair ümumi məlumat

1

2

3

1.

Layihənin adı

 

2.

Layihənin məqsədi

 

3.

Əsas beynəlxalq donor təşkilatı

 

4.

Layihənin maliyyələşdirilməsi (həyata keçirilməsi) üçün əsas olan sənədin (Azərbaycan Respublikası və ya Azərbaycan Respublikası Hökuməti ilə əsas beynəlxalq donor təşkilatı arasında Fəaliyyət Proqramı, Maliyyələşmə Sazişi və s.) adı

 

5.

Digər donor (donorlar) və  ya digər

tərəfdaş (tərəfdaşlar)

 

6.

Texniki yardım və ya qranta dair sənədi Azərbaycan Respublikası və ya Azərbaycan Respublikası Hökuməti adından donorla imzalayan orqan (resipiyent)

 

7.

Texniki yardım və ya qrantdan Azərbaycan Respublikasında birbaşa faydalanan orqan (benefisiar)

 

8.

Layihənin büdcəsi:

 

9.

o cümlədən valyuta göstərilməklə:

əsas donorun payı;

hökumətin payı;

digər maliyyələşmə mənbələri

 

 

1

2

3

10.

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilən səlahiyyətə əsasən (Nazirlər Kabinetinin sərənca-mının nömrəsi və tarixi, həmin sərəncam ilə imzalanmasına səlahiy-yət verilən sənədin adı göstərilməklə) texniki yardım və ya qrant sazişinin imzalanma tarixi

 

11.

Texniki yardım və ya qrant sazişini təsdiq edən sənədə dair məlumat (sənədin adı, tarixi və nömrəsi)

 

12.

Texniki yardım və ya qrant sazişinin qüvvəyəminmə tarixi (donorun müvafiq təsdiqedici sənədinin nömrəsi göstərilməklə)

 

13.

Texniki yardım və ya qrantdan Azərbaycan Respublikasında birbaşa faydalanan orqan (benefisiar) və ya əsas beynəlxalq donor təşkilatı tərəfin-dən müəyyən edilən icraçı qurum  (bundan sonra - podratçı, məsləhətçi, qeyri-hökumət təşkilatı və s.)

 

 

14.

Texniki yardım və ya qrantdan Azərbaycan Respublikasında birbaşa faydalanan orqan (benefisiar) və ya əsas beynəlxalq donor təşkilatı ilə icraçı qurum arasında imzalanan texniki yardım və ya qrant müqaviləsinin nömrəsi və tarixi

 

15.

Layihənin icra müddəti

(ayların ümumi sayı)

 

16.

Layihənin faktiki başlama tarixi (gün/ay/il)

 

17.

Layihənin gözlənilən başa çatma tarixi (gün/ay/il)

 

18.

Layihənin məqsədinin Azərbaycan Respublikasının prioritetlərinə uyğun-luğu (Azərbaycan Respublikasında qəbul olunmuş Konsepsiya, Milli Strategiya, Milli Fəaliyyət Planı və ya Dövlət Proqramının adı və istinad olunan bənd/maddə)

 

 

 

 

 

1

2

3

19.

Layihənin həyata keçirildiyi ölkə (ölkələr)

 

20.

Layihənin Azərbaycan Respublika-sında həyata keçirildiyi ərazi (ərazilər)

 

21.

Layihə çərçivəsində gözlənilən nəticələr

 

22.

Layihənin komponentləri

 

23.

Layihənin həyata keçirilməsinə müqavilə əsasında cəlb olunan kommersiya və qeyri-kommersiya təşkilatları, onların həyata keçirdiyi layihə komponentləri (onun hissələri) və gördükləri işlərə dair məlumatlar

 

 

24.

Layihənin monitorinqi və layihədə nəzərdə tutulan hədəflərin icrasına dair indikatorlar

 

25.

Layihənin əvvəlindən hesabat ilinədək layihənin komponentləri  çərçivəsində görülmüş  işlərə  dair  məlumat

 

26.

Hesabat ilində (yanvar-dekabr 20 _ il) layihənin komponentləri çərçivəsində nəzərdə tutulmuş işlərə dair məlumat

 

27.

Hesabat ilində (yanvar-dekabr 20 _ il) layihənin komponentləri çərçivəsində görülmüş işlərə dair məlumat

 

 

28.

Benefisiarın dövlət xəzinədarlığının icazəsi ilə istifadə etdiyi bank hesabı

 

29.

Layihə çərçivəsində nəzərdə tutulan və yerinə yetirilən işlər arasında fərq və həmin fərqin aradan qaldırılması ilə bağlı görülən tədbirlər

 

30.

Texniki yardım/qrantdan xərclənən vəsaitin  bölgüsü (əgər vardırsa)

o cümlədən:

hesabat dövrü daxil olmaqla, layihə başlandığı tarixdən maliyyə mənbələri üzrə xərclənmiş vəsaitin  məbləği:

maliyyə mənbələri üzrə hesabat ilində (yanvar-dekabr 20 ­­_ il) xərclənmiş vəsaitin  məbləği:

maliyyə mənbələri üzrə xərclənməmiş qalıq vəsaitin məbləği

 

 

 

 

 

Əlavə qeydlər

Layihənin benefisiarı olan dövlət orqanında

layihə üzrə bilavasitə əlaqələndirici şəxs barədə məlumat

Adı, soyadı

 

Vəzifəsi

 

Elektron poçt ünvanı

 

Əlaqə telefonları:

iş;

mobil

 

 

       

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 avqust

tarixli 366 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

                                                                         2 nömrəli əlavə

 

 

 

Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya  qrant  hesabına  həyata keçirilən  layihələrə  dair  yekun hesabat

                                                  forması

 

Sıra

№-si

Başlıqlar

Layihəyə dair ümumi məlumat

1

2

3

1.

Layihənin adı

 

2.

Layihənin məqsədi

 

3.

Əsas beynəlxalq donor təşkilatı

 

4.

Layihənin maliyyələşdirilməsi (həyata keçi-rilməsi) üçün əsas olan sənədin (Azərbay-can Respublikası və ya Azərbaycan Respublikası Hökuməti ilə əsas beynəlxalq donor təşkilatı arasında Fəaliyyət Proqramı, Maliyyələşmə Sazişi və s.) adı

 

5.

Digər donor (donorlar) və ya digər tərəfdaş (tərəfdaşlar)

 

6.

Texniki yardım və ya qranta dair sənədi Azərbaycan Respublikası və ya Azərbaycan Respublikası Hökuməti adından donorla imzalayan orqan (resipiyent)

 

7.

Texniki yardım və ya qrantdan Azərbaycan Respublikasında birbaşa faydalanan orqan (benefisiar)

 

8.

Layihənin büdcəsi:

 

9.

o cümlədən valyuta göstərilməklə:

əsas donorun payı;

hökumətin payı;

digər maliyyələşmə mənbələri

 

10.

Azərbaycan Respublikasının Nazirlər Kabi-neti tərəfindən verilən səlahiyyətə əsasən (Nazirlər Kabinetinin sərəncamının nömrəsi və tarixi, həmin sərəncam ilə imzalanmasına səlahiyyət verilən sənədin adı göstərilməklə) texniki yardım və ya qrant sazişinin imzalanma tarixi

 

1

2

3

11.

Texniki yardım və ya qrant sazişini təsdiq edən sənədə dair məlumat (sənədin adı, tarixi və nömrəsi)

 

12.

Texniki yardım və ya qrant sazişinin qüvvəyəminmə tarixi (donorun müvafiq təsdiqedici sənədinin nömrəsi göstəril-məklə)

 

13.

Texniki yardım və ya qrantdan Azərbaycan Respublikasında birbaşa faydalanan orqan (benefisiar) və ya əsas beynəlxalq donor təşkilatı tərəfindən müəyyən edilən icraçı qurum (bundan sonra - podratçı, məsləhətçi, qeyri-hökumət təşkilatı və s.)

 

 

14.

Texniki yardım və ya qrantdan Azərbaycan Respublikasında birbaşa faydalanan orqan (benefisiar) və ya əsas beynəlxalq donor təşkilatı ilə icraçı qurum arasında imzalanan texniki yardım və ya qrant müqaviləsinin nömrəsi və tarixi

 

15.

Layihənin icra müddəti (ayların ümumi sayı)

 

16.

Layihənin faktiki başlama tarixi (gün/ay/il)

 

17.

Layihənin gözlənilən başa çatma tarixi (gün/ay/il)

 

18.

Layihənin məqsədinin Azərbaycan Respublikasının prioritetlərinə uyğunluğu (Azərbaycan Respublikasında qəbul olunmuş Konsepsiya, Milli Strategiya, Milli Fəaliyyət Planı və ya Dövlət Proqramının adı və istinad olunan bənd/maddə)

 

19.

Layihənin həyata keçirildiyi ölkə (ölkələr)

 

20.

Layihənin Azərbaycan Respublikasında həyata keçirildiyi ərazi (ərazilər)

 

21.

Layihənin komponentləri

 

22.

Layihənin həyata keçirilməsinə müqavilə əsasında cəlb olunan kommersiya və qeyri-kommersiya təşkilatları, onların həyata keçirdiyi layihə komponentləri (onun hissələri) və gördükləri işlərə dair məlumatlar

 

 

23.

Layihənin monitorinqi və layihədə nəzərdə tutulan hədəflərin icrasına dair indikatorlar

 

 

1

2

3

24.

Layihənin komponentləri çərçivəsində görülmüş işlərə və əldə edilmiş nəticələrə dair məlumat

 

25.

Benefisiarın dövlət xəzinədarlığının icazəsi ilə istifadə etdiyi bank hesabı

 

26.

Layihə çərçivəsində nəzərdə tutulan və yerinə yetirilən işlər arasında fərq və həmin fərqin aradan qaldırılması ilə bağlı görülən tədbirlər

 

27.

Texniki yardım/qrantdan xərclənən vəsaitin bölgüsü (əgər vardırsa)

o cümlədən:

maliyyə mənbələri üzrə layihə çərçivəsində xərclənmiş vəsaitin məbləği;

maliyyə mənbələri üzrə xərclənməmiş qalıq vəsaitin məbləği

 

 

 

 

 

Əlavə qeydlər

Layihənin benefisiarı olan dövlət orqanında

layihə üzrə bilavasitə əlaqələndirici şəxs barədə məlumat

Adı, soyadı

 

Vəzifəsi

 

Elektron poçt ünvanı

 

Əlaqə telefonları:

iş;

mobil

 

 

       

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır