SƏNƏDLƏR

Novruz Məmmədovdan daha bir QƏRAR
16 AVQUST
289

Novruz Məmmədovdan daha bir QƏRAR

2019-08-16 15:22:00
№ 357  Bakı şəhəri, 14 avqust 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, 
№ 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, 
№ 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, № 11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598, № 8, maddə 1798, № 9, maddə 1935; 2019, № 1, maddə 150, № 5, maddə 944) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1. 25-ci hissə ləğv edilsin.
2. Aşağıdakı məzmunda 32-ci hissə əlavə edilsin:
 

32.

Naxçıvan Müəllimlər İnstitutu

fəlsəfə doktoru üzrə

-

 

Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır