SƏNƏDLƏR

Baş nazir əmr verdi
14 AVQUST
1403

Baş nazir əmr verdi

2019-08-14 12:45:00
№ 348  Bakı şəhəri, 7 avqust 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2018-ci il 14 mart tarixli 94 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin xərclər smetası, işçilərinin say həddi və aylıq vəzifə maaşları haqqında” 2008-ci il 1 iyul tarixli 149 nömrəli və “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” 2017-ci il 16 noyabr tarixli 494 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1260 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 604, № 5, maddə 1115; 2019, № 2, maddə 365; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 325 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu Qərarın 1-7-ci və 9-18-ci əlavələrdə göstərilən vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 8-ci və 19-cu əlavələrində göstərilən vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 40 manat məbləğində əlavələr ödənilsin.”;
1.2. həmin Qərarla təsdiq edilmiş 1-19 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin xərclər smetası, işçilərinin say həddi və aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 1 iyul tarixli 149 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 671; 2009, № 2, maddə 147; 2013, № 6, maddə 754) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adından “və aylıq vəzifə maaşları” sözləri çıxarılsın;
2.2. 1-ci hissəsindən “və işçilərinin aylıq vəzifə maaşlarının sxemi” sözləri çıxarılsın və həmin hissədə “müvafiq olaraq 1 və 2 nömrəli əlavələrinə” sözləri “1 nömrəli əlavəsinə” sözləri ilə əvəz edilsin.
3. “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 noyabr tarixli 494 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2158; 2018, № 3, maddə 618; 2019, № 4, maddə 749) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adından “və aylıq vəzifə maaşlarının təsdiq edilməsi” sözləri çıxarılsın;
3.2. 2-ci hissəsi ləğv edilsin. 
4. Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 
 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         1 nömrəli əlavə

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin

aparatının işçilərinin aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1

2

3

1.

AMEA-nın prezidenti

2570

2.

AMEA-nın 1-ci vitse-prezidenti

1780

3.

AMEA-nın vitse-prezidenti, akademik katibi

1645

4.

AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik – katibi

1230

5.

İdarə rəisi

1190

6.

AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini

1150

7.

İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi

980

8.

Qeyri-əsas şöbənin rəisi

715

9.

Qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi

675

10.

Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri

630

11.

Aparıcı mütəxəssis

570

12.

Mütəxəssis

520

13.

Arxiv müdiri, təsərrüfat müdiri

385

14.

Avtomobil sürücüsü 

320

15.

Böyük arxivçi, böyük inspektor

310

1

2

3

16.

Arxivçi, kompüter operatoru,  katibə-kompüter operatoru,  stenoqrafçı, kargüzar, xəzinədar, kadrlar üzrə inspektor

295

 

17.

Texnik, komendant, laborant

270

18.

Bağban, gözətçi, dülgər, rəngsaz, təmirçi-çilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

260

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         2 nömrəli əlavə

 

 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin İnkişafı Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət .Dəstəyi  Fondunun  işçilərinin  aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

1.

İcraçı direktor

1980

2.

Aparat rəhbəri, müşavir

1540

3.

Baş mühasib

1450

4.

Sektor müdiri

1370

5.

Baş məsləhətçi

1255

6.

Aparıcı məsləhətçi

1030

7.

Məsləhətçi, hüquqşünas, informasiya texnologiyaları üzrə mütəxəssis

930

8.

Avtomobil sürücüsü 

460

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         3 nömrəli əlavə

 

 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi Şurasının

Katibliyinin işçilərinin aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

İcraçı direktor

1980

2.

Baş mühasib

1450

3.

Baş məsləhətçi

1255

4.

Aparıcı məsləhətçi

1030

5.

Məsləhətçi

930

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         4 nömrəli əlavə

 

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin

 işçilərinin aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

İcraçı direktor

1980

2.

Müşavir

1540

3.

Baş mühasib

1450

4.

Şöbə müdiri

1410

5.

Baş məsləhətçi

1255

6.

Aparıcı məsləhətçi

1030

7.

Məsləhətçi

930

8.

Hüquqşünas, informasiya texnologiyaları üzrə mütəxəssis

800

9.

Avtomobil sürücüsü    

320

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         5 nömrəli əlavə

 

 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği

Fondunun işçilərinin aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı
(manatla)

1.

İcraçı direktor

1710

2.

İcraçı direktorun müavini

1380

3.

Şöbə müdiri, baş mühasib

910

4.

Baş məsləhətçi

630

5.

Aparıcı məsləhətçi

600

6.

Məsləhətçi

585

7.

Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis

340

8.

Sürücü

320

9.

Xadimə

260

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         6 nömrəli əlavə

 

 

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin

 işçilərinin aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

Direktor

1540

2.

Direktorun müavini

1230

3.

Şöbə müdiri, kompüter mərkəzinin müdiri, redaksiya müdiri, baş mühasib

900

4.

Şöbə müdirinin müavini, kompüter mərkəzi müdirinin müavini, redaksiya müdirinin müavini, baş mühasibin müavini

760

5.

Ümumi şöbənin müdiri, kitabxana müdiri

500

6.

Böyük elmi redaktor, iqtisadçı, mühasib

445

7.

Elmi redaktor

400

8.

Kiçik redaktor, komendant, mütəxəssis

370

9.

Avtomobil sürücüsü

320

10.

Arxivçi

295

11.

Yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

260

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         7 nömrəli əlavə

 

 

Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin

aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

Müdir

1540

2.

Müdir müavini

1230

3.

Şöbə müdiri, baş redaktor, baş  mühasib

770

4.

Elmi əməkdaş

675

5.

Redaktor

365

6.

Arxivçi-kitabxanaçı, təsərrüfat müdiri

320

7.

Kompüter operatoru, katibə

295

8.

Xidməti otaqları yığışdıran

260

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         8 nömrəli əlavə

 

 

Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi .

Qrupun işçilərinin aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

İşçi Qrupun rəhbəri

1275

2.

İşçi Qrupun rəhbərinin müavini

890

3.

Sektor müdiri

770

4.

Baş məsləhətçi

645

5.

Böyük məsləhətçi

575

6.

Aparıcı məsləhətçi - mühasib

505

7.

Məsləhətçi

385

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         9 nömrəli əlavə

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət ........Film Fondunun işçilərinin aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

Direktor

1110

2.

Direktor müavini

945

3.

Şöbə müdiri

835

4.

Fondların baş mühafizəçisi, baş biblioqraf, baş redaktor, baş mütəxəssis

730

5.

Aparıcı biblioqraf, aparıcı redaktor, aparıcı mütəxəssis, bərpaçı-rəssam

690

6.

Arxivçi-biblioqraf, redaktor, fond üzrə elmi işçi, mütəxəssis

675

7.

Avtomobil sürücüsü   

320

8.

Kinomexanik, katibə-kompüter operatoru, kompüter operatoru

295

9.

Yanğınsöndürən, gözətçi, film daşıyıcısı, xidməti otaqları yığışdıran, dalandar

260

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                       10 nömrəli əlavə

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin

Aqrar Elm və İnnovasiya Mərkəzinin Aparatı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi,  Azərbaycan  Respublikası  Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi işçilərinin aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

Baş direktor, direktor, müdir

1080

2.

Baş direktorun müavini, direktorun müavini, müdirin müavini

910

3.

Elmi katib, əsas şöbənin müdiri (rəisi), baş mühasib

900

4.

Baş elmi işçi

660

5.

Aparıcı elmi işçi

595

6.

Böyük elmi işçi, baş müəllim, baş mütəxəssis, baş metodist, qeyri-əsas şöbənin müdiri

575

7.

Elmi işçi, aparıcı mütəxəssis, aparıcı metodist

545

8.

Kiçik elmi işçi, kitabxana müdiri, metodist, mütəxəssis

505

9.

Böyük laborant (ali təhsilli)

425

10.

Kitabxanaçı

325

11.

Avtomobil sürücüsü

320

12.

Rəhbərin katibi, böyük inspektor, təsərrüfat müdiri, dəftərxana müdiri, anbar müdiri, komendant, texnik, tibb bacısı

310

13.

Xəzinədar, inspektor, kompüter operatoru, arxivçi, kargüzar

295

14.

Gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

260

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         11 nömrəli əlavə

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Quba şəhərində “Soyqırımı memorial..kompleksi”nin işçilərinin aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

Direktor

1000

2.

Direktorun müavini

845

3.

Şöbə müdiri

690

4.

Baş mühafizəçi

630

5.

Aparıcı mütəxəssis

600

6.

Mütəxəssis, bələdçi

585

7.

Zal nəzarətçisi

555

8.

Baş mühasib

540

9.

Elektrik montyoru

430

10.

Mühəndis-mexanik, kompüter, foto-video mühəndisi

475

11.

Anbardar, aqronom

385

12.

Avtomobil sürücüsü   

320

13.

Gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

290

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         12 nömrəli əlavə

 

 

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin

Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin

aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

1.

Baş direktor, direktor

960

2.

Baş direktorun birinci müavini

865

3.

Baş direktorun müavini, direktorun müavini

770

4.

Şöbə rəisi, elmi işlər fondunun müdiri, baş mühasib

650

5.

Bölmə rəisi

610

6.

Baş hüquq məsləhətçisi, baş mütəxəssis, mülki müdafiə üzrə qərargah rəisi

570

7.

Qeyri-əsas şöbənin rəisi, aparıcı mütəxəssis

 515

8.

Mütəxəssis

460

9.

Avtomobil sürücüsü

320

10.

Kompüter operatoru, inspektor, xəzinədar

295

11.

Gözətçi, xadimə

260

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         13 nömrəli əlavə

 

 

Azərbaycan Respublikasının dövlət arxivlərinin və onların filiallarının, rayon (şəhər) dövlət arxivlərinin işçilərinin

aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

1.

Dövlət Arxivinin direktoru, Dövlət Arxivinin filialının direktoru (I qrup)

910

2.

Dövlət Arxivinin filialının direktoru (II qrup), Dövlət Arxivinin direktorunun müavini, Dövlət Arxivinin filial (I qrup) direktorunun müavini

725

3.

Rayon (şəhər) Dövlət Arxivinin müdiri, Dövlət Arxivi filialının (II qrup) direktorunun müavini

590

4.

Şöbə müdiri, laboratoriya müdiri (arxiv işi sahəsinə aid olan müxtəlif adlarda)

470

5.

Fondların baş mühafizəçisi (qoruyucusu)

440

6.

Aparıcı mütəxəssis: arxeoqraf, arxivçi, (arxivşünas), biblioqraf, paleoqraf, məsləhətçi, bərpaçı-rəssam (xüsusilə qiymətli və nadir arxiv sənəd-lərinin bərpası ilə məşğul olan), avtomatik qazla yanğınsöndürmə sisteminin, enerji təchizatı sisteminin, elektron informasiya daşıyıcılarının istismarı üzrə mühəndis

430

7.

Mütəxəssis: arxeoqraf, arxivçi (arxivşünas), biblioqraf, paleoqraf, texnik, operator, rabitəçi

415

8.

Böyük fond mühafizəçisi, komendant

335

9.

Avtomobil sürücüsü   

320

10.

Dəftərxana müdiri, fond mühafizəçisi, texnik

305

11.

Kompüter operatoru,  kargüzar, surətçıxarma-çoxaltma maşınlarının operatoru, arxivçi

295

 

12.

Bağban, gözətçi, ocaqçı, liftçi, çilingər, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

260

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                        14 nömrəli əlavə

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin .aylıq vəzifə maaşlarının

 

 

CƏDVƏLİ

 

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1

2

3

1.

Baş direktor

910

2.

Baş direktorun müavini

790

3.

Baş mühasib

675

4.

Şöbə müdiri:

 

4.1.

tibb sahəsində həkim ixtisası tələb olunan

605

4.2.

digər profilli

590

5.

Şöbə rəisi-məhkəmə-tibb eksperti, şöbə rəisi-patoloq-anatom:

 

5.1.

mərkəzin (birliyin) aparatında

609

5.2.

şəhər (rayon), regional qurumlarda

565

6.

Məhkəmə-tibb eksperti, məhkəmə eksperti, patoloq-anatom, ekspert-kriminalist:

 

6.1.

mərkəzin (birliyin) aparatında

580

6.2.

şəhər (rayon), regional qurumlarda

520

7.

Ekspert-həkim, ekspert, həkim

580

8.

Mülki Müdafiə Qərargahının rəisi, baş mühasibin müavini

540

9.

Baş tibb bacısı, mütəxəssis, baş laborant (ali təhsilli), mühəndis-proqramlaşdırıcı

405

10.

Böyük tibb bacısı, böyük laborant

340

11.

Avtomobil sürücüsü, tibb bacısı, təsərrüfat üzrə tibb bacısı

320

12.

Laborant, rentgen-laborant, texnik-laborant, fotolaborant, fotoqraf, dispetçer, arxiv müdiri, tibb qeydiyyatçısı, əmək terapiyası üzrə təlimatçı, kiçik tibb bacısı, dəftərxana müdiri, anbar müdiri

310

1

2

3

13.

Xəzinədar, kompüter operatoru, katibə-kompüter operatoru, arxivçi, ekspeditor

295

14.

Sanitar-bufetçi, sanitar, növbətçi sanitar, bağban, gözətçi, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

260

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         15 nömrəli əlavə

 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

Direktor

845

2.

Mühasib, hüquqşünas, psixoloq, anbar müdiri - komendant

505

3.

Elektrik avadanlıqlarına baxan – liftçi, çilingər-santexnik, qazanxana maşinisti

450

4.

Xidməti otaqları yığışdıran, yardımçı fəhlə, bağban, gözətçi

290

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə  təsdiq edilmişdir.

 

                                                                       16 nömrəli əlavə

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

Mərkəzin rəisi

790

2.

Mərkəzin rəisinin müavini

625

3.

Aparıcı məsləhətçi

460

4.

Məsləhətçi

455

5.

Avtomobil sürücüsü   

320

6.

Kargüzar

295

7.

Xadimə

260

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust  tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         17 nömrəli əlavə

 

 

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

İdarə rəisi

720

2.

İdarə rəisinin müavini

520

3.

Baş mühasib, sektor müdiri

470

4.

Baş mühasibin müavini, baş məsləhətçi

445

5.

Metodiki Mərkəzin müdiri

430

6.

Aparıcı məsləhətçi

415

7.

Məsləhətçi

405

8.

Metodist

390

9.

Bölmə rəhbəri

375

10.

Böyük iqtisadçı, böyük mühasib

370

11.

Aparıcı mühasib

350

12.

İqtisadçı, mühasib, kompüter üzrə mütəxəssis

340

13.

Avtomobil sürücüsü 

320

14.

Katibə-kompüter operatoru

295

15.

Xadimə, fəhlə

260

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         18 nömrəli əlavə

 

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli

Kulinariya Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

1.

Baş direktor

510

2.

Baş direktorun müavini

430

3.

Baş mütəxəssis

370

4.

Aparıcı mütəxəssis

335

5.

Mütəxəssis

320

6.

Kompüter operatoru

295

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                         19 nömrəli əlavə

 

 

İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş

mühasibatlıq işçilərinin aylıq vəzifə maaşlarının

 

CƏDVƏLİ

 

Sıra

№-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

Baş mühasib*

470

2.

Baş mühasibin müavini

440

3.

Bölmə rəhbəri, qrup rəhbəri

430

4.

Böyük mühasib, böyük iqtisadçı

420

5.

Aparıcı mühasib, aparıcı iqtisadçı

410

6.

Mühasib, iqtisadçı

405

7.

Böyük xəzinədar, kompüter üzrə mütəxəssis

375

8.

Avtomobil sürücüsü    

320

9.

Xəzinədar, katibə, kompüter operatoru    

295

10.

Gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət

260

 

 

*Regional mədəniyyət idarələrində, Bakı və Sumqayıt şəhərlərinin səhiyyə şöbələrində mövcud olan baş mühasiblər istisna olmaqla.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır