SƏNƏDLƏR

Komitənin işçilərinin say həddi artırıldı
22 İYUL
181

Komitənin işçilərinin say həddi artırıldı

2019-07-22 12:48:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsinə dair Prezident fərman imzalayıb.

Fərmanda deyilir,

1. “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissədə “76” rəqəmləri “77” rəqəmləri ilə əvəz edilsin.1.2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.13-cü, 8.14-cü, 8.14-1-ci və 9.8-ci bəndləri ləğv edilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır