SƏNƏDLƏR

Prezident İlham Zəkiyevə mükafat verdi - FOTO
11 İYUL
302

Prezident İlham Zəkiyevə mükafat verdi - FOTO

2019-07-11 16:57:00

İkiqat paralimpiya, ikiqat dünya, və yeddiqat Avropa çempionu İlham Zəkiyev mükafatlandırılıb. 

Prezident İlham Əliyev əfsanəvi cüdoçunu "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

Xatırladaq ki, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalının təsis edilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.  Bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır