SƏNƏDLƏR

Baş nazir PUA-ların istismarı qaydaları bağlı sərəncam imzaladı
11 İYUL
328

Baş nazir PUA-ların istismarı qaydaları bağlı sərəncam imzaladı

2019-07-11 16:44:00
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mülki pilotsuz uçan aparat (PUA) sistemlərinin istismarına dair qaydaların layihəsini hazırlayacaq.
Baş Nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla mülki pilotsuz uçan aparat sistemlərinin istismarına dair qaydaların layihəsini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 27 iyun 2019-cu il tarixli fərmanına əsasən, Nazirlər Kabineti 3 ay müddətində mülki pilotsuz uçan aparat sistemlərinin istismarına dair qaydaları Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır