SƏNƏDLƏR

Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının həmsədri dəyişib
09 İYUL
162

Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının həmsədri dəyişib

2019-07-09 10:23:00

Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiqlənib.

Fins.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı tərkibdə təsdiqlənib:

Komissiyanın həmsədri

Əmək və əhalinin sosial müdafiəsi naziri

Komissiyanın üzvləri

Xarici işlər nazirinin müavini

İqtisadiyyat nazirinin müavini

Energetika nazirinin müavini

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Mədəniyyət nazirinin müavini

Kənd təsərrüfatı nazirinin müavini

Təhsil nazirinin müavini

Səhiyyə nazirinin müavini

Gənclər və idman nazirinin müavini

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Dövlət Turizm Agentliyinin sədri

Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycanın Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Serbiya Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, indiyə qədər Komissiyanın həmsədri İqtisadiyyat naziri Şahin Mustafayev olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269