SƏNƏDLƏR

Prezident Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verir
08 İYUL
637

Prezident Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verir

2019-07-08 14:27:00

2005-ci il tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanda deyilir,

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı  ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 17-ci hissəsinə “Müdafiə Nazirliyinin,” sözlərindən sonra “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin,” sözləri əlavə edilsin.

Qeyd edək ki, bu bənddə Məsafədən idarə edilən pilotsuz uçan aparatlar nəzərdə tutulur. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi istifadəsinə icazə verilən icra orqanıdır. Lakin, NRYTN bunu Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla edə bilər. Yeni qərara əsasən isə artıq DİN-nin də rəyini nəzərə almalı olacaq.

Xatırladaq ki, bu siyahının 17-ci bəndi 2016-ci ildə prezidentin fərmanı ilə siyahıya əlavə edilib.

 


ƏLAVƏ 2

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının

SİYAHISI

 

Sıra

№-si

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar

Xüsusi icazə verən icra hakimiyyəti orqanı

1

2

3

1.

Hərbi silah və sursat istehsal etmək üçün avadanlıq

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla) 

2.

Döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi nəzərə alınmaqla)

3.

Xidməti və mülki silah

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)

4.

Kosmik-peyk rabitə vasitələri [7]

 

 

 

 

Xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətininrəyi nəzərə alınmaqla)

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

5.

Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələri

Azərbaycan Respublikasının Energetika Nazirliyi

6.

İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

7.

Qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq

Azərbaycan RespublikasınınDövlət Təhlükəsizliyi Xidməti(Azərbaycan Respublikası Prezidenti yanında Maliyyə Bazarlarına Nəzarət Palatasınınrəyi nəzərə alınmaqla)

8.

Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla)

9.

Partlayıcı maddələr və qurğular

 

 

 

Tezalışan maddələr və pirotexniki məmulatlar

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

10.

Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

11.

Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla)

12.

Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)

13.

Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətininrəyi nəzərə alınmaqla)

14.

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

15. 

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun müəyyən olunmuş milli əlaqələndirici institutun qərarı nəzərə alınmaqla)

16.

Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

17

Məsafədən idarə edilən pilotsuz uçan aparatlar

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla)

18.

Gözün buynuz qişası

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269