SƏNƏDLƏR

Prezident bu şəxsi “Tərəqqi” medalı ilə təltif etdi
14 İYUN
282

Prezident bu şəxsi “Tərəqqi” medalı ilə təltif etdi

2019-06-14 10:02:00

Bu gün Prezident İlham Əliyevin təltif etdiyi şəxslər arasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev də var.

Fins.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə M.Piriyev “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, jurnalist Mansur Piriyev 2018-ci ilin may ayından etibarən Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsində çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır