SƏNƏDLƏR

Baş nazirdən vacib QƏRAR
13 İYUN
180

Baş nazirdən vacib QƏRAR

2019-06-13 09:58:00
№ 261           Bakı şəhəri, 7 iyun 2019-cu il
 
“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
 
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun

tarixli  261 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili

 

QAYDASI

 

  1.  Ümumi müddəalar

 

  1.  Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən hazırlanmışdır və işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığının (bundan sonra – peşə hazırlığı) təşkili qaydasını müəyyən edir.  
  2.  İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) şəhər, rayon məşğulluq  orqanları və ya “DOST” mərkəzləri” tərəfindən (bundan sonra – Mərkəz) cəlb edilirlər.
  3.  Xidmətin şəhər, rayon məşğulluq orqanları və ya Mərkəz tərəfindən cəlb olunmuş işaxtaran və işsiz şəxslərin peşə hazırlığı Xidmət tərəfindən təşkil olunur.
  4.  Peşə hazırlığı Xidmətin göndərişi əsasında Xidmətin tabeliyində olan təhsil müəssisəsi, qanunla müəyyən olunmuş qaydada fəaliyyətinə lisenziya verilmiş digər təhsil müəssisələrində (bundan sonra – təhsil müəssisələri) təşkil edilir.
  5.  Peşə hazırlığı peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirilir.
  6.  Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir.
  7.  Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə təhsil haqqında dövlət sənədi (sertifikat) verilir.
  8.  Peşə hazırlığının təşkili zamanı “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsində nəzərdə tutulan şəxslər üstün hüquqa malikdirlər.
  9.   Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının “Məşğulluq haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunları ilə müəyyən edilmiş mənaları ifadə edir.

 

  1.  Peşə hazırlığının təşkili

 

  1.  Xidmət:
    1. əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyaclarını müəyyən edir;
    2. işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili ilə əlaqədar Xidmətin şəhər, rayon məşğulluq orqanlarının və Mərkəzin fəaliyyətini əlaqələndirir;
    3. peşə hazırlığına cəlb olunmuş işaxtaran və işsiz şəxslərə təhsil müəssisələrinə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemi (bundan sonra – MAS) vasitəsilə bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun göndəriş verir;
    4. peşə hazırlığının təşkili məqsədilə 2 nömrəli əlavəyə uyğun üçtərəfli (Xidmət - təhsil müəssisəsi - müdavim) və ya 3 nömrəli əlavəyə uyğun dördtərəfli (Xidmət – təhsili müəssisəsi - işəgötürən - müdavim) müqavilələr bağlayır;
    5. peşə hazırlığı məqsədləri üçün  ayrılmış vəsaitlər çərçivəsində maliyyələşdirməni təmin edir;
    6. təhsil müəssisələri və Mərkəz tərəfindən bu Qayda ilə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinə nəzarət edir.
  2.  Xidmətin şəhər, rayon məşğulluq orqanları və ya Mərkəz MAS-da işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərin lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib işi seçmək mümkün olmadıqda, əvvəlki peşəsi (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə peşə hazırlığına cəlb edir.
  3.  Peşə hazırlığı Xidmətin tabeliyindəki təhsil müəssisələrin-də, dövlət təhsil müəssisələrində və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlərin satınalınması yolu ilə özəl peşə təhsili müəssisələrində təşkil edilir.
  4.  İşsiz şəxslərin peşə hazırlığı ödənişsiz təşkil olunur.
  5.  Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir.
  6.  Xidmətin təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə peşə kurslarına göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərc (taksi xərcləri istisna olmaqla) kompensasiya edilir.
  7.  İşaxtaranlara və işsizlikdən sığorta ödənişini aldığı dövrdə peşə hazırlığına cəlb olunan işsiz şəxslərə təqaüd verilmir.
  8.  İşaxtaranların peşə hazırlığı ödənişli həyata keçirilir. Bu məqsədlə Xidmətin şəhər, rayon məşğulluq orqanlarının və ya Mərkəzin vasitəçiliyi ilə təhsil müəssisəsi və işaxtaran arasında müvafiq müqavilə imzalanır.

 

  1.  Peşə hazırlığının maliyyələşdirilməsi

 

  1. Peşə hazırlığı aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
    1. işsizlikdən sığorta fondunun vəsaiti;
    2. işəgötürənlərin vəsaiti;
    3. işaxtaran şəxslərin şəxsi vəsaiti;
    4. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;
    5. qanunvericiliklə qadağan olunmayan digər  mənbələr.
  2.  Peşə hazırlığının maliyyələşdirilməsi Xidmət tərəfindən aşağıdakı qaydada həyata keçirilir:
    1.  peşə hazırlığına cəlb olunan şəxslər Xidmətin tabeliyindəki təhsil müəssisəsinə göndərildikdə, müvafiq kursun xərclər smetasına uyğun maliyyə vəsaiti həmin təhsil müəssisəsinin hesabına köçürülür;
    2.  peşə hazırlığı digər təhsil müəssisələrində təşkil edildikdə, müəssisə tərəfindən təqdim olunmuş xərclər smetasına uyğun olaraq vəsait hər ayın yekununa uyğun olaraq növbəti ayın 5-dək təhsil müəssisəsinin hesabına köçürülür. Xərclər smetası peşə hazırlığı kursları keçirilən təhsil müəssisəsi tərəfindən orada qüvvədə olan tarif üzrə, tarif olmadıqda isə Xidmətlə razılaşdırılmış müqavilə qiymətlərinə əsasən tərtib edilir.

 

_________________

 

 

“İşaxtaran və işsiz şəxslərin peşə

hazırlığının təşkili Qaydası”na

 

1 nömrəli əlavə

 

 

 ______________________________________________________

(şəhər, rayon məşğulluq orqanı)

 

Peşə hazırlığına göndəriş № __________

 

______________________________________________ rəhbərinə 

(təhsil müəssisəsinin adı)

__ _________ ____  il tarixli ________№ li müqaviləyə uyğun olaraq

 şəxs___________________________________________________

(soyadı, adı, atasının adı)

___ ___________ ____  ildən ___ __________ ___  ilədək____saat

 

həcmində___________________________________________üzrə           

(peşənin, ixtisasın adı)

 

peşə hazırlığını keçmək üçün rəhbərlik etdiyiniz təhsil müəssisəsinə göndərilir.

 

Göndəriş ____ ________________ ____ il tarixində verilmişdir.

 

______________________________________________________

(rəhbər şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)

 

 

İmza ________________

 

 

 

M.Y.

 

 

 

 

“İşaxtaran və işsiz şəxslərin peşə
hazırlığının təşkili Qaydası”na
 
2 nömrəli əlavə

 

PEŞƏ HAZIRLIĞININ TƏŞKİLİNƏ DAİR ÜÇTƏRƏFLİ

 

M Ü Q A V İ L Ə  № _____

 

“____”________ 20___-  il          ____________ şəhər (rayon)

 

______________________________________________________

(Dövlət Məşğulluq Xidməti)

______________________________________________________

(peşə təhsili müəssisəsi)

______________________________________________________

(müdavim)

aşağıdakılar barədə müqavilə bağladılar:

 

  1.  MÜQAVİLƏNİN MƏQSƏDİ

 

“Məşğulluq haqqında” Azərbaycan  Respublikasının Qanununa müvafiq olaraq işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığı təşkil etmək.   

 

  1.  TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

 

2.1. Tərəflərin hüquqları aşağıdakılardır:

2.1.1. Xidmət:

2.1.1.1. əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyaclarını müəyyən etmək;

2.1.1.2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində (bundan sonra – MAS) Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) şəhər, rayon məşğulluq  orqanları və ya “DOST” mərkəzləri” tərəfindən (bundan sonra – Mərkəz)  qeydiyyata alınmış işaxtaran və işsiz şəxsləri

______________________________________________________       

(təhsil müəssisəsinin adı)

___________aylıq­­__________saatlıq ______________ixtisası üzrə

                     

______________________________________ kursuna göndərmək. 

                    (yenidən hazırlanma/ixtisasartırma)

 

2.1.2. Təhsil müəssisəsi:

2.1.2.1. “_____”__________ 20______ il tarixindən başlayaraq _________aylıq­ ____________saat həcmində ______ixtisası üzrə ______________________________________________________

_________________________________təhsil kursunu tədris etmək;

         (yenidən hazırlanma/ixtisasartırma)

  1. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;
  2. peşə hazırlığının başlanması və bitməsini müvafiq əmrlə rəsmiləşdirmək;
  3.  Müdavimlər:

2.1.3.1. təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

  1.  peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulmuş infrastrukturdan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;
  2.  praktiki məşğələlərdə iştirak etmək, bilik, bacarıq və vərdişlərə yiyələnmək.
  3. Tərəflərin vəzifələri aşağıdakılardır:

2.2.1. Xidmət:

  1.  işsiz şəxslərin peşə hazırlığının maliyyələşdirilməsi məqsədilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın  3.2.2-ci yarımbəndinə uyğun olaraq maliyyə vəsaitini peşə təhsili müəssisəsinin hesabına köçürmək;
  2.  peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə (işsizlikdən sığorta özdənişi alan şəxslər istisna olmaqla) minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəmək.

2.2.2. Təhsil müəssisəsi:

2.2.2.1. peşə hazırlığını peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirmək;

2.2.2.2. peşə hazırlığının maliyyələşdirilməsi ilə əlaqədar ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin etmək və bu barədə sənədlərin surətlərini Xidmətə təqdim etmək;

2.2.2.3. peşə hazırlığı bitdikdən sonra müdavimlərdən imtahan götürmək, təhsil haqqında dövlət sənədi (sertifikat)  vermək və imtahan protokolunun surətini Xidmətə təqdim etmək.

2.2.3. Müdavimlər:

  1.  ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə yerinə yetirmək;
  2. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək;
  3.  əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.

 

  1. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

 

  1. Tərəflər Müqavilənin bəndləri ilə müəyyən edilmiş vəzifələri icra etmədikdə mülki məsuliyyət daşıyırlar.
  2. Tərəflər bu Müqavilədən irəli gələn mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar.
  3. Bu Müqavilədən irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, məhkəmə qaydasında həll edilir.
  4. Bu Müqaviləyə dəyişiklik və əlavələrin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir.
  5. Müqavilə digər tərəfə bildirmədən birtərəfli pozula bilməz.

 

4. TƏRƏFLƏRİN ÜNVANLARI VƏ REKVİZİTLƏRİ

 

_________________________

Xidmət

          

_________________________

Peşə təhsili müəssisəsi

_________________________

_________________________

                     hüquqi ünvan

                    hüquqi ünvan

 

 

_________________________

________________________

hesab nömrəsi

hesab nömrəsi

 

 

_________________________

________________________

imza, tarix, möhür

imza, tarix, möhür

 

                                                          

 

 

                                           

______________________________

Müdavim (imza, tarix)

 

 

“İşaxtaran və işsiz şəxslərin peşə
hazırlığının təşkili Qaydası”na
 
3 nömrəli əlavə

 

PEŞƏ HAZIRLIĞININ TƏŞKİLİNƏ DAİR DÖRDTƏRƏFLİ

 

M Ü Q A V İ L Ə  № _____

 

“_____”________20___-  il             __________ şəhər (rayon)

 

______________________________________________________

(Dövlət Məşğulluq Xidməti)

______________________________________________________

(peşə təhsili müəssisəsi)

______________________________________________________

(işəgötürən)

______________________________________________________

(müdavim)

aşağıdakılar barədə müqavilə bağladılar:

 

  1.  MÜQAVİLƏNİN MƏQSƏDİ

 

“Məşğulluq haqqında”  Azərbaycan  Respublikasının Qanu-nuna müvafiq olaraq işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığı təşkil etmək.   

 

2. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

 

2.1.Tərəflərin hüquqları aşağıdakılardır:

2.1.1. Xidmət:

2.1.1.1. əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyaclarını müəyyən etmək;

2.1.1.2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində (bundan sonra – MAS) Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) şəhər, rayon məşğulluq  orqanları və ya “DOST” mərkəzləri” tərəfindən (bundan sonra – Mərkəz)  qeydiyyata alınmış işaxtaran və işsiz şəxsləri

 

______________________________________________________         

(təhsil müəssisəsinin adı)

________ aylıq ­­__________ saatlıq _______________ ixtisası üzrə                     

______________________________________ kursuna göndərmək. 

              (yenidən hazırlanma/ixtisasartırma)

2.1.2. Təhsil müəssisəsi:

2.1.2.1. “____”_____ 20___ il tarixindən başlayaraq ____ aylıq­     

______________saat həcmində __________________ixtisası üzrə                     

__________________­­­­­­­­­­­­­______________ təhsil kursunu tədris etmək;

               (yenidən hazırlanma/ixtisasartırma)

  1.  təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;

2.1.2.3. peşə hazırlığının başlanması və bitməsini müvafiq əmrlə rəsmiləşdirmək.

2.1.3.  İşəgötürən:

2.1.3.1. müəssisədaxili intizam, sanitariya və təhlükəsizlik qaydalarına əməl edilməsini müdavimdən tələb etmək;

2.1.3.2. tərəflərdən bu Müqavilə ilə müəyyən edilən vəzifələrinin icra edilməsini tələb etmək.

  1.  Müdavimlər:

2.1.4.1. təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

  1. peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulmuş infrastrukturdan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;
  2. praktiki məşğələlərdə iştirak etmək, bilik, bacarıq və vərdişlərə yiyələnmək.
  3. Tərəflərin vəzifələri aşağıdakılardır:

2.2.1. Xidmət:

  1.  İşsiz şəxslərin peşə hazırlığının maliyyələşdirilməsi məqsədilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın  3.2.2-ci yarımbəndinə uyğun olaraq maliyyə vəsaitini peşə təhsili müəssisəsinin hesabına köçürmək;

2.2.1.2. peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə (işsizlikdən sığorta özdənişi alan şəxslər istisna olmaqla) minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəmək.

2.2.2. Təhsil müəssisəsi:

2.2.2.1. peşə hazırlığını peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirmək;

2.2.2.2. peşə hazırlığının maliyyələşdirilməsi ilə əlaqədar ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin etmək və bu barədə sənədlərin surətlərini Xidmətə təqdim etmək;

2.2.2.3. peşə hazırlığı bitdikdən sonra müdavimlərdən imtahan götürmək, təhsil haqqında dövlət sənədi (sertifikat) vermək və imtahan protokolunun surətini Xidmətə təqdim etmək.

2.2.3. İşəgötürən:

2.2.3.1. peşə hazırlığını müvəffəqiyyətlə başa çatdırmış şəxsi  ___________ gün ərzində münasib işlə təmin etmək;

2.2.3.2. müdavimlərin istehsalat təcrübəsi keçmələri üçün mövcud infrastrukturundan istifadə etməyə şərait yaratmaq;

  1.  işə qəbul etdiyi müdavimləri əmək qanunvericiliyinə müvafiq olaraq əmək şəraiti, əməyin mühafizəsi, əməkhaqqı ilə təmin etmək;
  2.  “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta  olunmalarını təmin etmək.

2.2.4. Müdavimlər:

2.2.4.1. ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə yerinə yetirmək;

2.2.4.2. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək;

2.2.4.3. əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.

 

3. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

 

  1. Tərəflər Müqavilənin bəndləri ilə müəyyən edilmiş vəzifələri icra etmədikdə mülki məsuliyyət daşıyırlar.
  2. Tərəflər bu Müqavilədən irəli gələn mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar.
  3. Bu Müqavilədən irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə məhkəmə qaydasında həll edilir.
  4. Bu Müqaviləyə dəyişiklik və əlavələrin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir.
  5. Müqavilə digər tərəfə bildirmədən birtərəfli pozula bilməz.

  

  1. TƏRƏFLƏRİN ÜNVANLARI VƏ REKVİZİTLƏRİ

 

 

_________________________

Xidmət

          

_________________________

Peşə təhsili müəssisəsi

_________________________

_________________________

                     hüquqi ünvan

                    hüquqi ünvan

 

 

_________________________

________________________

hesab nömrəsi

hesab nömrəsi

 

 

_________________________

________________________

imza, tarix, möhür

imza, tarix, möhür

 

                                                          

 

   _______________________           ________________________

      İşəgötürən                                          Müdavim (imza, tarix)

   ______________________________                          

                    hüquqi ünvan                                                                                                             

______________________________    

 

                 imza, tarix, möhür      

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272