SƏNƏDLƏR

Səhmlərinin nəzarət zərfi dövlətə məxsus şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydası təsdiqlənib
11 İYUN
231

Səhmlərinin nəzarət zərfi dövlətə məxsus şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydası təsdiqlənib

2019-06-11 11:40:00

Nazirlər Kabineti “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nı təsdiqləyib.

Fins.az xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları” təsdiq olunub.

Qərarla həmçinin “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası” təsdiq edilib. 

Qərarda dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır