SƏNƏDLƏR

Baş Nazirdən mühüm QƏRAR
07 İYUN
790

Baş Nazirdən mühüm QƏRAR

2019-06-07 15:51:00
№ 253  Bakı şəhəri, 3 iyun 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələblər”in və “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2015-ci il 26 oktyabr tarixli 341 nömrəli və “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1221-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 208 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 oktyabr tarixli 341 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1559; 2017, № 2, maddə 305, № 7, maddə 1485; 2018, № 2, maddə 364, № 8, maddə 1802) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-ci bəndə “real vaxt rejimində” sözlərindən sonra “, 7.1.5-1-ci yarımbəndində göstərilən məlumatlar isə 1 gün müddətində” sözləri əlavə edilsin;
1.2. 2.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.2.5. inzibati xəta haqqında iş üzrə qərardan sistemdənkənar verilmiş şikayət barədə məlumatları (şikayət üzrə iş materiallarını (ərizələri), şikayətə baxılmasının nəticəsi barədə inzibati xəta haqqında iş üzrə qərarı və ya məhkəmə qərarını;”;
1.3. 3.11-ci bənd ləğv edilsin;
1.4. 4.3-cü bənddən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun seriyası və nömrəsi və ya” sözləri çıxarılsın;
1.5. 4.11-ci bənddə “əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilsin; 
1.6. 4.13-cü bənd üzrə:
1.6.1. “7.1.1-ci və 7.1.2-ci yarımbəndlərində” sözləri “7.4-cü bəndində” sözləri ilə əvəz edilsin;
1.6.2. “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilsin;
1.6.3. “inzibati xəta haqqında elektron protokolun və ya” sözləri çıxarılsın;
1.7. 4.14-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4.14. Sistemin istifadəçiləri inzibati xəta haqqında iş üzrə qərardan sistemdə yaradılan elektron kabinet vasitəsilə şikayət verə və həmin şikayətə baxılmasının nəticəsi ilə tanış ola bilərlər.”;
1.8. 4.16-cı bənddə “qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolla” sözləri “qərarla” sözü ilə əvəz edilsin;
1.9. 4.17-ci bəndə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilsin; 
1.10. 4.21-ci bənddən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun tarixi, seriyası və nömrəsini və ya” sözləri çıxarılsın.
2. “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1954) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3-cü hissədə “İnzibati xəta haqqında Elektron Protokol”un” sözləri “İnzibati tənbeh vermə haqqında Elektron Qərar”ın” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “İnzibati xəta haqqında Protokol”un mətninə “seriyası və nömrəsi,” sözlərindən sonra “vətəndaşın fərdi identifikasiya nömrəsi,” sözləri əlavə edilsin;
2.3. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “İnzibati tənbeh vermə haqqında Qərar”ın və 5 nömrəli əlavə - “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın mətnlərinə “seriyası və nömrəsi” sözlərindən sonra “, vətəndaşın fərdi identifikasiya nömrəsi” sözləri əlavə edilsin;
2.4. həmin Qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında Qərar”ın və 7 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərar”ın mətnlərinə “seriyası və nömrəsi,” sözlərindən sonra “vətəndaşın fərdi identifikasiya nömrəsi,” sözləri, “on gün müddətində“ sözlərindən sonra “(yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxs həmin Məcəllənin 125.2.2-ci və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində)” sözləri əlavə edilsin;
2.5. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “İnzibati xəta haqqında Elektron Protokol” aşağıdakı redaksiyada verilsin:
“İnzibati tənbeh vermə haqqında
Elektron Qərar
№ _________
 
Qərarın çıxarıldığı yer ________                   “___” _______20____ il

________________, ________________,  _________________,
                 (tipi)                             (markası)                                (modeli)

______________________________________________________,
(yerləşdiyi yer)
________________________,           ________________________
       (son dəfə müqayisəli dövlət                        (dövlət yoxlamasından keçdiyini                          
       yoxlamasından keçdiyi vaxt)                     təsdiq edən sənədin nömrəsi, tarixi)
 
____________________. İnzibati xətanın aşkar edilməsində istifadə
(növbəti dövlət yoxlamasının 
      keçirilməli olduğu vaxt)
 
olunan xüsusi texniki vasitənin məlumatına əsasən
müəyyən edildi:
______________________________________________________
(inzibati xətanın törədildiyi yer, tarix və vaxt)
______________________________________________________
 
 _____________ markalı ______ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi_____________________________________
                                        (barəsində qərar çıxarılan fiziki şəxsin soyadı, adı, atasının          
                                       adı, vətəndaşlığı, doğulduğu tarix,
______________________________________________________
şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, vətəndaşın fərdi identifikasiya nömrəsi, elektron ünvan (olduğu halda)

______________________________________________tərəfindən

______________________________________________________
(xətanın mahiyyəti)
______________________________________________________.

Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin _____ maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir (inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunur).
Qərara alınır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin ____ maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə ______________________________________________________
______________________________________________________
(barəsində qərar çıxarılan fiziki şəxsin soyadı, adı və atasının adı)

barəsində____________________manat məbləğində inzibati cərimə
növündə tənbeh tətbiq edilsin.
İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən yalnız bank, poçt, plastik kart və ya internet, o cümlədən “ASAN ödəniş” sistemi vasitəsilə ödənilir.
Barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda, həmin qərardan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə uyğun olaraq 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə, habelə xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər.
İnzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.

 İmza ________________________________________________”.
                       (qərarı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, 
atasının adı, elektron imzası)

 

Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş Naziri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır