SƏNƏDLƏR

Novruz Məmmədov əmr verdi
22 MAY
351

Novruz Məmmədov əmr verdi

2019-05-22 17:25:00
№ 229  Bakı şəhəri, 20 may 2019-cu il
 
“Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın təsdiq edilməsi və “Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli Qərarının ləğv edilməsi barədə
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 563; 2012, № 7, maddə 785) ləğv edilsin.
3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
 
 
Novruz Məmmədov,
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan  Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 20 may

tarixli 229 nömrəli Qərarı ilə

təsdiq  edilmişdir.

 

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-2-ci maddəsinə əsasən hazırlanmışdır və beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsa-biqələrin və yarışların siyahısını və onların qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydasını müəyyən edir.

1.2. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu həmin şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə yerləşdirilməsidir.

1.3. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı bu Qaydanın əlavəsi ilə müəyyən edilir.

1.4. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Mərkəz tərəfindən tələbə qəbuluplanı çərçivəsində həyata keçirilir.

1.5. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

1.5.1. beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;

1.5.2. IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;

1.5.3. beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər)şəxslər.

1.6. Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ vardır.

1.7. Bu Qaydada istifadə olunan anlayışlar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

2. Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar

2.1. Bu Qaydanın əlavəsində göstərilən beynəlxalq fənn olimpiadalarının qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.25-ci maddəsinə uyğun olaraq, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə müəyyən edilmiş bütün ixtisaslar üzrə aparılır.

2.2. Bu Qaydanın əlavəsində göstərilən respublika fənn olimpiadalarının qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

  2.2.1. Azərbaycan dili və ədəbiyyat fənni üzrə:

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;

2. məktəbəqədər təlim və tərbiyə;

3. ibtidai sinif müəllimliyi;

4. korreksiyaedici təlim;

5. filologiya (dil və ədəbiyyat göstərilməklə);

6. jurnalistika;

7. kitabşünaslıq;

2.2.2. tarix fənni üzrə:

1. tarix;

2. tarix müəllimliyi;

3. tarix və coğrafiya müəllimliyi;

4. antropologiya;

5. politologiya;

6. fəlsəfə;

7. kitabşünaslıq;

8. sosiologiya;

9. muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması;

2.2.3. coğrafiya fənni üzrə:

  1. coğrafiya;

2. coğrafiya müəllimliyi;

3. tarix və coğrafiya müəllimliyi;

4. regionşünaslıq (regionlar üzrə);

5. ekologiya;

6. hidrometeorologiya;

2.2.4. riyaziyyat fənni üzrə:

1. riyaziyyat;

2. riyaziyyat müəllimliyi;

3. riyaziyyat və informatika müəllimliyi;

4. mexanika;

5. kompüter elmləri;

6. kompüter mühəndisliyi;

7. mexatronika və robototexnika mühəndisliyi;

8. enerji maşınqayırma mühəndisliyi;

9. maşın mühəndisliyi;

10. geofizika mühəndisliyi;

11. neft-qaz qurğuları mühəndisliyi;

12. elektroenergetika mühəndisliyi;

13. istilik energetikası mühəndisliyi;

14. avianəqliyyat istehsalatının təşkili mühəndisliyi;

15. aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi;

16. hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi;

17. hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi;

18. gəmiqayırma və gəmi təmiri mühəndisliyi;

19. yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi;

20. cihazqayırma mühəndisliyi;

21. texnoloji maşın və avadanlıqlar mühəndisliyi;

22. elektrik mühəndisliyi;

23. elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi;

24. mexanika mühəndisliyi;

25. kompüter mühəndisliyi;

26. informasiya texnologiyaları və sistemləri mühəndisliyi;

27. inşaat mühəndisliyi;

28. nəqliyyat tikintisi mühəndisliyi;

29. tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi;

30. statistika;

2.2.5. fizika fənni üzrə:

1. fizika;

2. fizika müəllimliyi;

3. mexanika;

4. geofizika mühəndisliyi;

5. elektroenergetika mühəndisliyi;

6. elektrik mühəndisliyi;

7. materialşünaslıq mühəndisliyi;

2.2.6. kimya fənni üzrə:

1. kimya;

2. kimya müəllimliyi;

3. kimya və biologiya müəllimliyi;

4. ekologiya;

5. qida məhsulları mühəndisliyi;

2.2.7. biologiya fənni üzrə:

1. biologiya;

2. biologiya müəllimliyi;

3. kimya və biologiya müəllimliyi;

4. ekologiya;

5. balıqçılıq və balıqçılıq təsərrüfatı işi;

6. su bioehtiyatları və akvabitkilər;

7. bitki mühafizəsi;

8. aqronomluq;

9. zootexniklik;

10. baytarlıq;

11. psixologiya;

12. qida məhsulları mühəndisliyi;

2.2.8. informatika fənni üzrə:

1. riyaziyyat və informatika müəllimliyi;

2. informatika müəllimliyi;

3. kompüter elmləri;

4. kompüter mühəndisliyi;

5. proseslərin avtomatlaşdırılması mühəndisliyi;

6. informasiya texnologiyaları;

7. sistem mühəndisliyi;

8. mexatronika və robototexnika mühəndisliyi.

2.3. Bu Qaydanın əlavəsində göstərilən beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbuluaşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

2.3.1. Olimpiya oyunları üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);

2. bədən tərbiyəsi və idman;

3. məşqçi (idman növü üzrə);

2.3.2. Olimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);

2. bədən tərbiyəsi və idman;

3. məşqçi (idman növü üzrə);

2.3.3. Olimpiya idman növləri üzrə Avropa çempionatı və birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);

2. bədən tərbiyəsi və idman;

3. məşqçi (idman növü üzrə);

2.3.4. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);

2. bədən tərbiyəsi və idman;

3. məşqçi (idman növü üzrə);

2.3.5. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Avropa çempionatı və birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);

2. bədən tərbiyəsi və idman;

3. məşqçi (idman növü üzrə);

2.3.6. Yeniyetmələrin yay olimpiya oyunları üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);

2. bədən tərbiyəsi və idman;

3. məşqçi (idman növü üzrə);

2.3.7. Avropa oyunları üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);

2. bədən tərbiyəsi və idman;

3. məşqçi (idman növü üzrə);

2.3.8. İslam Həmrəyliyi oyunları üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);

2. bədən tərbiyəsi və idman;

3. məşqçi (idman növü üzrə);

2.3.9. “Muğam aləmi” beynəlxalq muğam müsabiqəsiüzrə (Bakı, Azərbaycan) qaliblərin- solo oxuma (xanəndə);

2.3.10. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblərin - solo oxuma (akademik vokal);

2.3.11. M.Maqomayev adına vokalçıların beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblərin:

1. solo oxuma (akademik vokal);

2. estrada sənəti;

2.3.12. Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblərin:

1. xoreoqrafiya sənəti (sahələr üzrə);

2. rəqs müəllimliyi;

2.3.13. “Grumiaux” beynəlxalq gənc skripkaçılar müsabiqəsi üzrə (Namür, Belçika) qaliblərin – instrumental ifaçılıq (simli);

2.3.14. Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi üzrə (Sankt-Peterburq, Rusiya) qaliblərin – instrumental ifaçılıq (fortepiano);

2.3.15. Gənc trubaçıların beynəlxalq müsabiqəsinin (Stara Zaqora, Bolqarıstan) qalibləri – instrumental ifaçılıq (nəfəs alətləri);

2.3.16. Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi üzrə (Xorvatiya) qaliblərin – instrumental ifaçılıq (simli);

2.3.17. Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsinin (Moskva, Rusiya) qalibləri:

1. solo oxuma (akademik vokal);

2. instrumental ifaçılıq;

2.3.18. Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi üzrə (Sankt-Peterburq, Rusiya) qaliblərin – solo oxuma (akademik vokal);

2.3.19. Caz musiqi festivalının (Montre, İsveçrə) qalibləri – estrada sənəti;

2.3.20. “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi üzrə (Nur-Sultan, Qazaxıstan) qaliblərin:

1. estrada sənəti;

2. xalq çalğı alətləri ifaçılığı;

3. instrumental ifaçılıq (simli və nəfəs alətləri);

2.3.21. Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblərin:

1. xoreoqrafiya sənəti (sahələr üzrə);

2. rəqs müəllimliyi;

2.3.22. “Eurovision” estrada mahnı müsabiqəsi üzrə qalib-lərin – estrada sənəti;

2.3.23. Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qalibləri – instrumental ifaçılıq (simli);

2.3.24. Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi üzrə (Budapeşt, Macarıstan) qaliblərin – instrumental ifaçılıq (fortepiano);

2.3.25. Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi üzrə (Varşava, Polşa) qaliblərin – instrumental ifaçılıq (fortepiano);

2.3.26. Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi üzrə (Poznan, Polşa) qaliblərin - instrumental ifaçılıq (simli);

2.3.27. Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi üzrə (Vyana, Avstriya) qaliblərin – instrumental ifaçılıq (simli);

2.3.28. Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi üzrə (Helsinki, Finlandiya) qaliblərin – instrumental ifaçılıq (simli);

2.3.29. Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi üzrə (Genuya, İtaliya) qaliblərin – instrumental ifaçılıq (simli):

2.3.30. Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi üzrə (Bied, Sloveniya) qaliblərin – instrumental ifaçılıq (simli);

2.3.31. Kraliça Yelizaveta adına musiqi müsabiqəsi üzrə (Belçika) qaliblərin:

1. solo oxuma (akademik vokal);

2. instrumental ifaçılıq (fortepiano, simli);

2.3.32. Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi üzrə (Klivlend, ABŞ) qaliblərin – instrumental ifaçılıq (fortepiano);

2.3.33. “Şərq təranələri” beynəlxalq musiqi festivalı üzrə (Səmərqənd, Özbəkistan) qaliblərin:

1. solo oxuma (xanəndə);

2. xalq çalğı alətləri ifaçılığı.

3. Sənədlərin qəbulu

3.1. Beynəlxalq və ya respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və yarışın qalibləri müsabiqədənkənar qəbul olunmaq üçün ali təhsil müəssisələrinə ərizə qəbulu aparıldığı müddətdə Mərkəzin rəsmi internet səhifəsində “Abituriyentin elektron ərizəsi”ni doldurduqdan sonra aşağıdakı sənədləri Mərkəzdə yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim edirlər:

3.1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın(bundan sonra – Tələbə Qəbulu Qaydaları) 2.1.1-2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş sənədlər;

3.1.2. beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin əsli.

3.2. Mərkəz bu Qaydanın 3.1-ci bəndində göstərilən sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda, həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

3.3. Ərizəçi bu Qaydanın 3.2-ci bəndinin ikinci cümləsinə uyğun olaraq bu Qaydanın 3.1-ci bəndində göstərilən sənədləri Mərkəzin Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməlidir.

3.4. Dövlət orqanları (qurumları) Mərkəzin bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş sorğusuna ən geci 7 (yeddi) iş günündə baxaraq cavab verməlidirlər.

3.5. Mərkəz bu Qaydanın 3.1.2-ci yarımbəndində göstərilən sənədlərin həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir.

3.6. Beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı bu Qaydanın 3.1.2-ci yarımbəndində göstərilən sənədlərin əsli ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq Azərbaycan dilinə tərcüməsini də Mərkəzə təqdim etməlidir.

3.7. Xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Qaydanın yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq Azərbaycan dilinə tərcüməsini də Mərkəzə təqdim etməlidirlər.

3.8. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində göstərilən sənədlərlə yanaşı, Tələbə Qəbulu Qaydalarının 2.3-cü bəndinə əsasən həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər.

3.9. Bu Qaydanın 3.1-ci, 3.6-cı, 3.7-ci və 3.8-ci bəndlərində nəzərdə tutulmuş sənədlərdə uyğunsuzluqlar və (və ya)çatışmazlıqlar aşkar edildikdə, həmin sənədlər Mərkəz tərəfindən qəbul edilmir və bu barədə ərizəçiyə səbəbi izah edilməklə dərhal məlumat verilir.

3.10. Ərizəçinin bu Qaydanın 3.1-ci, 3.6-cı, 3.7-ci və 3.8-ci bəndlərində göstərilən sənədlərdə aşkar edilmiş uyğunsuzluqları və (və ya)çatışmazlıqları aradan qaldırdıqdan sonra bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş ərizə qəbulumüddətində həmin sənədləri yenidən təqdim etmək hüququ vardır.

3.11. Mərkəz ərizəçinin təqdim etdiyi ərizəyə bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan sənədlər tam təqdim edildikdən sonra tələbə qəbulu uçun müəyyən edilmiş müddətdən gec olmayaraq baxır və müsbət qərar qəbul etdiyi təqdirdə ərizəçini və onun yerləşdirildiyi ali təhsil müəssisəsini bu barədə 10 (on) gün müddətində məlumatlandırır.

3.12. Tələbə Qəbulu Qaydalarının 6.1-ci bəndinə əsasən təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş ərizəçi qəbul olunduğu ali təhsil müəssisəsi tərəfindən tələb olunan sənədləri 10 (on) gün müddətində təhsil müəssisəsinə şəxsən təqdim edərək, həmin təhsil müəssisəsindəqeydiyyatdan keçməlidir, əks halda onun yerləşdirilməsi ləğv edilir. 

3.13. Ərizəçinin təqdim etdiyi bu Qaydanın 3.1-ci, 3.6-cı, 3.7-ci və 3.8-ci bəndlərində göstərilən sənədlərin saxtalaşdırıldığı aşkar edildikdə, ərizəçinin ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbulunun nəticəsi Mərkəz tərəfindən ləğv edilir.

3.14. Bu Qaydaya uyğun olaraq ali təhsil müəssisələrinə keçirilən müsabiqədənkənar qəbulla bağlı ərizəçilərin şikayətlərinə Mərkəz tərəfindən yaradılan Apellyasiya Komissiyasında 15 gün müddətində baxılır.

3.15. Ərizəçi Apellyasiya Komissiyasına şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir.

3.16. Ərizəçinin ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbulundan imtina haqqında qərardan və Apellyasiya Komissiyasının qərarından inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququ vardır.

“Beynəlxalq və respublika fənn

olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar

qəbulu Qaydası”na

əlavə

1. Beynəlxalq fənn olimpiadalarının siyahısı

1.1. Beynəlxalq riyaziyyat olimpiadası (IMO);

1.2. Beynəlxalq Balkan riyaziyyat olimpiadası (yuxarı yaş qrupu) (BMO);

1.3. Avropa qızlar riyaziyyat olimpiadası (EGMO);

1.4. Beynəlxalq fizika olimpiadası (IPHO);

1.5. Avropa fizika olimpiadası (EUPHO);

1.6. Asiya fizika olimpiadası (APHO);

1.7. Beynəlxalq kimya olimpiadası (ICHO);

1.8. Beynəlxalq Mendeleyev kimya olimpiadası;

1.9. Beynəlxalq biologiya olimpiadası (IBO);

1.10. Beynəlxalq informatika olimpiadası (IOI).

 

2. Respublika fənn olimpiadalarının siyahısı

  2.1. Azərbaycan dili və ədəbiyyat;

  2.2. tarix;

  2.3. coğrafiya;

  2.4. riyaziyyat;

2.5. fizika;

2.6. kimya;

2.7. biologiya;

2.8. informatika.

 

3. Beynəlxalq müsabiqələrin və yarışların siyahısı

3.1. Olimpiya oyunları;

3.2. Olimpiya idman növləri üzrə Dünya çempionatı və birincilikləri;

3.3. Olimpiya idman növləri üzrə Avropa  çempionatı və birincilikləri;

3.4. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya çempionatı və birincilikləri;

3.5. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Avropa çempionatı və birincilikləri;

3.6. Yeniyetmələrin yay olimpiya oyunları;

3.7. Avropa oyunları;

3.8. İslam Həmrəyliyi oyunları;

3.9. ”Muğam aləmi” beynəlxalq muğam müsabiqəsi (Bakı, Azərbaycan);

3.10. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan);

3.11. M.Maqomayev adına volkalçıların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

3.12. Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi (Bakı, Azərbaycan);

3.13. “Grumiaux” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika);

3.14. Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya);

3.15. Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan);

3.16. Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Xorvatiya);

3.17. Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

3.18. Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya);

3.19. Caz musiqi festivalı (Montre, İsveçrə) ;

3.20. “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Nur-Sultan, Qazaxıstan) ;

3.21. Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

3.22. “Eurovision” estrada mahnı müsabiqəsi;

3.23. Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

3.24. Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan);

3.25. Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa);

3.26. Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa);

3.27. Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya);

3.28. Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya);

3.29. Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya);

3.30. Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya);

3.31. Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika);

3.32. Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ);

3.33. “Şərq təranələri” beynəlxalq musiqi festivalı (Səmərqənd, Özbəkistan).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257