SƏNƏDLƏR

Novruz Məmmədov daha bir Qərar verdi
14 MAY
237

Novruz Məmmədov daha bir Qərar verdi

2019-05-14 14:35:00
№ 218    Bakı şəhəri, 13 may 2019-cu il
 
“Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1449-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 870 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 199; 2016, № 3, maddə 582; 2017, № 9, maddə 1757; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 mart tarixli 129 nömrəli və 11 aprel tarixli 162 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Hərbi Ovçuluq ­İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 5.3-cü bənddə “25” rəqəmləri “50” rəqəmləri ilə əvəz edilsin.
2. 6.4.9-cu yarımbəndə “müstəqil”, 8.3.9-cu yarımbəndə isə “aidiyyəti” sözlərindən əvvəl “Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də” sözləri əlavə edilsin.
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır