SƏNƏDLƏR

Baş nazir Fərmanın icarsı barədə qərar imzaladı
06 MAY
209

Baş nazir Fərmanın icarsı barədə qərar imzaladı

2019-05-06 13:51:00

№ 208   Bakı şəhəri, 3 may 2019-cu il

“Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ­2017-ci il 5 sentyabr tarixli 1587 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş Naziri 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2019-cu il 3 may tarixli 208 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Su Məcəlləsinin 21-ci maddəsinin dördüncü hissəsinə və “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 sentyabr tarixli 1587 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinə əsasən hazırlanmışdır və respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi qaydasını müəyyən edir.

1.2. Respublika üzrə illik su təsərrüfatı balansı su obyektlərində su ehtiyatlarının mövcudluğunun və onlardan istifadə dərəcəsinin qiymətləndirilməsi məqsədi daşıyır və su obyektlərinin istifadəsi və mühafizəsi məsələlərində planlaşdırmanın aparılması, suların dövlət uçotunun təkmilləşdirilməsi, sudan ödənişli istifadə və onun təyinatı sxeminin aydınlaşdırılması, su təsərrüfatının idarə olunmasında effektivliyin artırılması, bu sahədə xidmət göstərən subyektlərin maliyyə vəziyyətinin yaxşılaşdırılması və daha çevik tarif (qiymət) tənzimlənməsi üçün istifadə edilir.

2. Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi

2.1. “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”na uyğun olaraq tərtib edilən respublika üzrə illik su təsərrüfatı balansının layihəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il avqust ayının 15-dək təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır