SƏNƏDLƏR

İlham Əliyev Fərman verdi
15 APREL
1229

İlham Əliyev Fərman verdi

2019-04-15 10:07:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506, № 11, maddə 2287; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 519 nömrəli və 22 fevral tarixli 537 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. “7. Strateji hədəflər” hissəsi üzrə:

1.1. 7.2.2-ci yarımbəndin “Tədbir 2.2.1: İntensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi” abzasında “Aqrolizinq” ASC” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2. 7.4.2-ci yarımbəndin “Tədbir 4.2.3: Müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi” abzasının birinci cümləsində “Aqrolizinq” ASC xətti ilə lizinqə” sözləri “Lizinqə” sözü ilə əvəz edilsin;

1.3. 7.4.3-cü yarımbəndin “Tədbir 4.3.3: Aqroservis xidmətləri bazarının inkişaf etdirilməsi” abzasının ikinci cümləsindən “Aqrolizinq” ASC-nin, eləcə də” sözləri çıxarılsın.

2. “10. Tədbirlər planı” hissəsi üzrə:

2.1. 4.2.3-cü yarımbəndin “Digər icraçılar/Tövsiyə” sütunundan “Aqrolizinq” ASC,” sözləri çıxarılsın, “Əsas icraçı” sütununa “Kənd Təsərrüfatı Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC” sözləri əlavə edilsin;

2.2. 4.3.1 – 4.3.3-cü yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütunundan “Kənd Təsərrüfatı Nazirliyi,” sözləri çıxarılsın və həmin yarımbəndlərin “Əsas icraçı” sütununda “Aqrolizinq” ASC” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 aprel 2019-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267