SƏNƏDLƏR

Novruz Məmmədov daha bir əmr verdi
05 APREL
148

Novruz Məmmədov daha bir əmr verdi

2019-04-05 12:27:00
№ 147   Bakı şəhəri, 3 aprel 2019-cu il
 
“Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ­2018-ci il 30 noyabr tarixli 1373-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 812 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (II kitab), maddə 1623) ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın 1.1-ci bəndinə “tərkibli” sözündən sonra “və eyni dozalı” sözləri əlavə edilsin.
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266