SƏNƏDLƏR

Novruz Məmmədovdan mühüm qərar
19 MART
622

Novruz Məmmədovdan mühüm qərar

2019-03-19 14:07:00
№ 99  Bakı şəhəri, 14 mart 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” 2004-cü il 23 iyun tarixli 86 nömrəli, “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 26 yanvar tarixli 22 nömrəli, “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın təsdiq edilməsi barədə” 2011-ci il 20 may tarixli 81 nömrəli və “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin təsdiq edilməsi barədə” 2013-cü il 16 avqust tarixli 212 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 iyun tarixli 86 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 6, maddə 501; 2005, № 12, maddə 1223; 2008, № 10, maddə 938; 2011, № 5, maddə 449; 2016, № 2 (II kitab), maddə 374; 2017, № 12 (II kitab), maddə 2551) 1-ci və 2-ci hissələri ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 52) ilə təsdiq edilmiş “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nın 8-ci hissəsinə “orqanına” sözündən sonra “, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə uyğun olaraq uçota aldığı gündən 1 (bir) ay ərzində bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 20 may tarixli 81 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 453; 2014, № 6, maddə 747; 2015, № 10, maddə 1243; 2016, № 10, maddə 1707; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 543 nömrəli və 2019-cu il 21 yanvar tarixli 18 nömrəli qərarları) ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın 4.3.1-ci yarımbəndinin “Tədbirlərin adı” sütununda “ilk dəfə işaxtaran” sözləri “işsiz” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 avqust tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1011; 2014, № 12, maddə 1667; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 3.2.3-cü yarımbəndində “vətəndaş” sözü “şəxs” sözü ilə əvəz edilsin.
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266