SƏNƏDLƏR

Daha bir qərarda dəyişiklik olundu
18 MART
517

Daha bir qərarda dəyişiklik olundu

2019-03-18 17:53:00
№ 93  Bakı şəhəri, 14 mart 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 26 avqust tarixli 292 nömrəli və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 391 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1024; 2016, № 3, maddə 598) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.1-ci bəndinin birinci cümləsinə “Şurası ilə” sözlərindən sonra “, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 789; 2016, № 3, maddə 599, № 5, maddə 955, № 11, maddə 1958; 2017, № 1, maddə 118) ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.6-cı bəndin ikinci cümləsinə “Şurası ilə” sözlərindən sonra “, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə” sözləri əlavə edilsin və həmin cümlədə “4.2-ci bəndində nəzərdə tutulmuş rəy və ya Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən” sözləri “4.2-ci və 4.5-ci bəndlərinə müvafiq olaraq verilən rəy və ya” sözləri ilə əvəz edilsin;
2.2. Qaydaya 5 nömrəli əlavə - “Dövlət büdcəsi hesabına verilmiş qrant barədə Məlumat”ın 20-ci sətrinə “Şurasının” sözündən sonra “(gənclər siyasəti sahəsində qrantlara münasibətdə həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun)” sözləri əlavə edilsin.
  
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027