SƏNƏDLƏR

Bu nizamnamədə dəyişiklik edildi
13 MART
95

Bu nizamnamədə dəyişiklik edildi

2019-03-13 14:31:00

ÇIXARIŞ

Gündəlikdə duran məsələ:

1. “Azərbaycan Respublikası Ağsu rayonunun Gürcüvan bələdiyyəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Xanbulaq bələdiyyəsinin iclası

QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası Ağsu rayonunun Gürcüvan bələdiyyəsinin Nizamnaməsi”ndə dəyişiklik təsdiq edilsin (əlavə edilir).

2. Nizamnamədə edilmiş dəyişiklik qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Nizamnamədə dəyişiklik “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli 1372-VQD nömrəli Qanuna əsasən edilmişdir.

4. Qərarın icrası Xanbulaq bələdiyyəsinin sədrinə həvalə edilsin.

 

Sədr:

Süleyman Məmmədov

 

 

Katib:

Tahir Mirzəxanov

 

 

“Təsdiq edilmişdir”

Ağsu rayonunun Xanbulaq

bələdiyyəsinin “23” “fevral” 2019-cu il tarixli iclasının “03” nömrəli qərarı

 

 

Sədr              Süleyman Məmmədov

 

 

Azərbaycan Respublikası Ağsu rayonunun Gürcüvan bələdiyyəsinin Nizamnaməsində dəyişiklik

 

1. “Azərbaycan Respublikası Ağsu rayonunun Gürcüvan bələdiyyəsinin  Nizamnaməsi”ndə aşağıdakı dəyişiklik edilsin:

1.1. Nizamnamənin rekvizitində, adında, 1.2-ci bənddə hər iki halda, 1.4-cü bənddə və 1.5-ci bənddə hər üç halda “Gürcüvan” sözü “Xanbulaq” sözü ilə əvəz edilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264