SƏNƏDLƏR

Baş nazir Göygöl Milli Parkı barədə qərar verdi
07 MART
148

Baş nazir Göygöl Milli Parkı barədə qərar verdi

2019-03-07 11:01:00

№ 75   Bakı şəhəri, 6 mart 2019-cu il
“Azərbaycan Respublikasının Göygöl Milli Parkının sanitariya-mühafizə zonası”nın təsdiq edilməsi haqqında
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 166 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikasının Göygöl Milli Parkının sanitariya-mühafizə zonası Göygöl rayonu üzrə 303,58 hektar, Goranboy rayonu üzrə 73,2 hektar, Daşkəsən rayonu üzrə 80,04 hektar olmaqla, ümumilikdə 456,82 hektar sahədə təsdiq edilsin (xəritə əlavə olunur).
 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264