SƏNƏDLƏR

Bu qanunla bağlı yeni qərar
05 MART
204

Bu qanunla bağlı yeni qərar

2019-03-05 11:48:00

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1281-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 oktyabr tarixli 577 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

 

QƏRARA ALIR:

 

  1.  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).
  2.  Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A. Əliyev).
  3.  Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).

 

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

 

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov

 

 

 

 

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 13 fevral 2019-cu il tarixli “1-N” nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda edilmiş dəyişiklik:

 

29.8-ci bəndin ikinci cümləsində “şəxs barəsində cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə ilə bağlı ərizənin” sözləri “şəxsin cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı ərizəsinin” sözləri ilə əvəz edilsin.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264