SƏNƏDLƏR

Kredit risklərinin idarə edilməsi qaydaları haqda yeni qərar
04 MART
178

Kredit risklərinin idarə edilməsi qaydaları haqda yeni qərar

2019-03-04 17:30:00

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1051-VQD nömrəli Qanununun tətbiqi və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 may tarixli 39 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

QƏRARA ALIR:

 

  1.  Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 31 avqust tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
  2.  Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

 

İbrahim Alışov

 

 

 

 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar № 1951100001

28 yanvar 2019-cu il

 

İdarə Heyətinin sədri vəzifəsini icra edən

________________________

İbrahim Alışov

 

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 31 avqust tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nda edilmiş dəyişikliklər:

 

  1.  3.1-ci bənddə “3.6-cı və 3.7-ci” sözləri “3.6-cı, 3.7-ci və 3.7-1-ci” sözləri ilə əvəz edilsin.
  2.  3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.5. Qanunun 14.0.1-ci maddəsinə uyğun olaraq Qanunun 12.2.5-ci maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda məlumatlar, 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən neqativ məlumatlar kredit tarixçəsi subyektinin razılığı alınmadan verilməlidir.”.

  1.  3.7-ci bənddə “müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada” sözləri “icraatlarında olan işlərlə əlaqədar” sözləri ilə əvəz edilsin.
  2.  Aşağıdakı məzmunda 3.7-1-ci bənd əlavə edilsin:

“3.7-1. Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq, kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər.”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264