SƏNƏDLƏR

Novruz Məmmədov bu qurum haqda yeni qərar verdi
07 FEVRAL
249

Novruz Məmmədov bu qurum haqda yeni qərar verdi

2019-02-07 11:17:00
№ 37  Bakı şəhəri, 5 fevral 2019-cu il
 
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 5.11-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kollegiyasının 14 nəfərdən ibarət aşağıdakı yeni tərkibi təsdiq edilsin:
 Kollegiyanın sədri
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavinləri
Naxçıvan Muxtar Respublikası 
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının rəhbəri
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında 
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında 
Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin direktoru
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının hüquq şöbəsinin müdiri
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin müdiri
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin müdiri
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsinin müdiri
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının yerli qurumlarla iş və dövlət ehtiyaclarının ödənilməsinin təşkili şöbəsinin müdiri.
2. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 iyun tarixli 232 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 804; 2016, № 6, maddə 1189) 1-ci hissəsi ləğv edilsin.
 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255