SƏNƏDLƏR

HR-lar üçün yeni cərimələr gəlir
14 YANVAR
176

HR-lar üçün yeni cərimələr gəlir

2019-01-14 17:12:00

Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 sayda maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Fins.az xəbər verir ki, bu yazımızda HR-larımız üçün vacib olan məsələ haqqında məlumat verəciyik. Xatırladaq ki, son dövrlərdəki Əmək Məcəlləsinə edilən ciddi dəyişikliiyə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi, cərimələr sırf əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə tətbiq olunurdu. Bu səbəbdən, bəzi HR-lər işçinin əmək müqaviləsində hər hansı dəyişiklik olduqda, bu haqda məlumatı elektron informasiya sisteminə bir az gec müddətə daxil edirdilər vəya ümümiyyətlə daxil etmirdilər.
Artıq Əmək müqaviləsinə təklif  edilən dəyişikliyə əsasən, əmək münasibətləri prosesində işçinin əmək müqaviləsində hər hansı dəyişiklik (əmək haqqının artırılması, tərəflərin razılığı ilə əlavə şərtlərin müəyyən edilməsi və s.) edildikdə və ya əmək müqaviləsinə xitam verildikdə bununla bağlı bildirişlərin elektron informasiya sisteminə daxil edilməlidir:

aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

5. Bu maddənin birinci hissəsinin tələblərini pozan, əmək müqaviləsi bağlanıldıqda, əmək münasibətləri prosesində işçinin əmək müqaviləsində hər hansı dəyişiklik (əmək haqqının artırılması, tərəflərin razılığı ilə əlavə şərtlərin müəyyən edilməsi və s.) edildikdə və ya əmək müqaviləsinə xitam verildikdə bununla bağlı bildirişlərin elektron informasiya sisteminə daxil edilməsini təmin etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada  məsuliyyət daşıyırlar.

Göründüyü kimi, Əmək Məcəlləsinə təkilf ediləb dəyişlikdə cari əmək müqaviləsi ilə dəyişikliklərin edimədiyi halda işəgötürənə qarşı cərimə tətbiq olunması qeyd edilib. Böyük ehtimalla, Əmək Məcəlləsindəki bu əlavə ilə bağlı ,İnzibati Xətalar Məcəlləsinin 192-ci "Əmək qanunvericiliyinin pozulması" maddəsinə dəyişiklik vəya əlavə ediləcək.

© MKS.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256