SƏNƏDLƏR

Ezamiyyətlə bağlı 3 məqam
14 YANVAR
276

Ezamiyyətlə bağlı 3 məqam

2019-01-14 15:14:00

Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 sayda maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Fins.az xəbər verir ki, bu yazıda Əmək Məcəlləsinə yeni anlayış kimi əlavə edilməsi təklif edilən ezamiyyət haqqında məlumat verəciyik. Dəyişikliyə əsasən, ezamiyyətin tərifi aşağıdakı şəkildə olacaq: Ezamiyyət– işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin iş yerindən müəyyən olunmuş müddətə hər gün daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı başqa yerə xidməti tapşırığı yerinə yetirmək və ya işgüzar səfər üçün getməsi. Ezamiyyətlə bağlı Əmək Məcəlləsinin 3-cü maddəsinə dəyişiklik ediləcək:

1) “İşəgötürənin əsas hüquqları” adlı 11-ci maddəsinə edilən dəyişikliyə əsasən, əmək münasibətləri sahəsində işçiləri ezamiyyətə göndərmək də işəgötürənin hüquqlarına aid edilib.

2) “Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” adlı 79-cü maddəsinə əlavə olunub ki, işçi ezamiyyətdə olduğu halda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qadağandır.

3) Ezamiyyətlə bağlı ən maraqlı dəyişiklik Əmək Məcəlləsinin 130-cu maddəsinə edilib. Əlavə olunan bəndə əsasən, artıq işçi əsas və ya əlavə iş yerində ezamiyyətə gedərsə müvafiq olaraq əlavə və ya əsas iş yerində ezamiyyə müddəti qədər işçinin xahişi ilə ödənişsiz məzuniyyət verilir.

© Mks.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256