SƏNƏDLƏR

Bu dövlət qurumu yeni sənəd üzərində işləyir
09 YANVAR
138

Bu dövlət qurumu yeni sənəd üzərində işləyir

2019-01-09 12:01:00

Dövlət Turizm Agentliyi ölkəmizin turizm sektoruna xarici sərmayələrin cəlb olunmasına dair yeni sənəd üzərində işləyir. Bu sənəd aqroturizmə sərmayələrin cəlb edilməsi baxımından uğurlu konsepsiyadır. Fins.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, turizmin bu sektoru perspektivli və gəlirli hesab edildiyindən, yaxın illərdə xarici turistlərin cəlb edilməsi üçün bu sahəni populyarlaşdırmaq nəzərdə tutulur. Yeni sənədə əsasən, ölkəmizin qonağı olacaq turistlər regionlarda yerləşən kəndlərə səfər edəcək, kənd həyat ilə yaxından tanış ola biləcəklər. Onlar yerli adətlərlə tanışlıq zamanı kənd həyatını da yaxından izləmək imkanı qazanacaqlar.

Xatırladaq ki, turizmin bu sahəsi Avropa ölkələrində, xüsusən İtaliyada geniş tətbiq olunur.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256