SƏNƏDLƏR

2019-cu il 1 yanvardan dividend anlayışına hansı hallar aid edildi?
28 DEKABR 2018
250

2019-cu il 1 yanvardan dividend anlayışına hansı hallar aid edildi?

2018-12-28 11:47:00

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, dividend anlayışı yeni redaksiyada verilməsidir. Bununla əlaqədar olaraq, Vergi Məcəllləsinə aşağıdakı dəyişiklik edilib:

13.2.15-ci maddənin birinci abzasına “bölüşdürülməsi” sözündən sonra “, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması” sözləri, ikinci abzasına “gəlir” sözündən sonra “(bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla)” sözləri və “dəyəri” sözündən sonra “(bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla)” sözləri əlavə edilsin;

Yeni dəyişikliyə qədər, Dividend dedidkə hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş başa düşülürdü. Artıq yeni dəyişiklikdən sonra,  hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması də dividend hesab ediləcək.

Qanunvericiliyə tələblərin uyğun olaraq, bu tip hallar artıq dividend hesab edildiyindən ödəmə mənbəyindən 10 faiz vergiyə cəlb olunacaq.

© Mks.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257