SƏNƏDLƏR

Vergi ödəyicisinin bu məsul şəxsləri ilə bağlı DƏYİŞİKLİK
28 DEKABR 2018
155

Vergi ödəyicisinin bu məsul şəxsləri ilə bağlı DƏYİŞİKLİK

2018-12-28 10:51:00

Vergi Məcəlləsinin "Səyyar vergi yoxlaması" adlı 38-ci maddəsinə maraqlı dəyişiklik edilib:

38.7.2-ci maddədə “şəxs” sözündən sonra “və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs” sözləri əlavə edilsin;

Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması müəyyən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır).

Bu hallardan biri də, səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə — əmək qabiliyyəti bərpa olunanadək təxirə salınmadir. Artıq Vergi Məcəlləsinə yeni dəyişiklikdən sonra  vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs əmək qabiliyyətini itirdiyi halda da vergi orqanın qərarı ilə həmin işçinin 9 aydan çox olmamaqla əmək qabiliyyəti bərpa olunanadək növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması təxirə salına bilər.

© Mks.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256