SƏNƏDLƏR

Rüb ərzində 1000 manat xidmət gəliri olan vergi ödəyicisi hansı halda 17.50 manat vergi ödəyəcək? (Misalla izah)
27 DEKABR 2018
259

Rüb ərzində 1000 manat xidmət gəliri olan vergi ödəyicisi hansı halda 17.50 manat vergi ödəyəcək? (Misalla izah)

2018-12-27 13:40:00

Vergi Məcəlləsinin 218.5-ci maddəsinə edilmiş dəyişiklikdən sonra 01 yanvar 2019-cu il tarixdən etibarən aşağıda qeyd edilən vergi öədyiciləri qanunun tələbindən irəli gələrək məcburi qaydada aşağıdakı meyarlara əsasən sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum olunacaqlar.

  • işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;
  • topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;

  • vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);

  • qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər;

  • xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;

  • bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli, 556 nömrəli qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə uyğun olaraq gəlir vergisi ödəyici olan mikro sahibkardırlar və onların gəlirlərinə 75 faiz güzəşt nəzərdə tutulub. İstisna hal kimi onlar gəlirlərinə güzəşt hüququndan il başa çatandan sonra deyil, hər rübün sonunda həyata keçirdikləri vergi ödəmələri zamanı istifadə edəcəklər. Bu da o anlama gəlir ki, mülki-hüquqi müqavilə ilə işləyənlər hər rüb gəlirlərinin ən çoxu 5 faizihəcmində vergi ödəyəcəklər. Vergi ödəyiciləri xərclərini təsdiq edən sənədlərin uçotunu apararlarsa, o zaman daha az vergi ödəyəcəklər. Misal üçün, rüb ərzində dövriyyəsi 1000 manat, xərclərini rəsmiləşdirməyən vergi ödəyicisi 50 manat ((1000 manat (gəlir) x 20 faiz (gəlir vergisi dərəcəsi) x 25 faiz (75 faiz güzəşt nəzərə alınmaqla)) ödəyəcəksə, eyni gəliri olduğu halda, rəsmiləşdirilmiş xərcləri 650 manat təşkil edərsə, bu zaman daha az, 17,50 manat ((1000 manat (gəlir) - 650 manat (xərc)) x 20 faiz (gəlir vergisi dərəcəsi) x 25 faiz (75 faiz güzəşt nəzərə alınmaqla)  vergi verəcək.

    Xərclərin uçotunun aparılması üçün gəlirlə bağlı olan bütün xərc maddələri üzrə ödənişi təsdiq edən sənədlərlə yanaşı, elekton qaimə-faktura ilə müşayiət  olunmalıdır.

 “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq aylıq minimum əmək haqqının 25 faizi məbləğində (hazırda qüvvədə olan minimm əmək haqqı məbləğinə görə 32.50 manat) sosial sığorta haqqı ödəyəcəklər. Belə vergi ödəyicilərinə gəlirlərinin və xərclərinin uçotunu düzgün qurmağı tövsiyə edirik. Bu, vergi uçotu baxımından əhəmiyyətli olmaqla yanaşı, misallardan göründüyü kimi xərclərin düzgün əsaslandırılması və müvafiq sənədlərlə təsdiq edilməsi sayəsində vergi ödəyicilərinin gəlirlərinin artmasına da imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256