SƏNƏDLƏR

Rayon qeydiyyatında olub Bakıda gəlir əldə edənlər üçün xəbər
27 DEKABR 2018
343

Rayon qeydiyyatında olub Bakıda gəlir əldə edənlər üçün xəbər

2018-12-27 11:02:00

Vergi Məcəlləsinə yeni anlayış - "iqtisadi maraqlar mərkəzi" məfhumu daxil edilib.

13.2.73. iqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer;

Vergi Məcəlləsinin “Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları” adlı maddəsinə edilən əsasən, Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.

Fikrimizi misalla izah edək: Misal üçün sahibkar Lənkəran şəhərində yaşayır və qeydiyyata alınıb, amma onun obyekti Bakı şəhərində yerləşir. Əsas fəaliyyəti və gəliri Bakı şəhərində olsa da, Vergi ödəyici Lənkəran şəhərində qeydiyyatda olduğu üçün bəyannamələri yerli vergi orqanlarına təqdim edir. Artıq yeni dəyişiklikdən sonra,  vergi ödəyicisinin  yaşayış yeri üzrə Lənkəran şəhərində  qeydiyyatda olmasına baxmayaraq onun əsas gəlirinin formalaşdırığı təsərrüfat subyekti Bakı şəhərində yerləşdiyi üçün fərdi sahibkarın vergi orqanlarındakı qeydiyyat ünvanı Bakı şəhərinə dəyişdirilir yəni yenidən uçota alınır.

Bir məsələni də qeyd edək ki, vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda, həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə, yəni vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer üzrə yenidən uçota alınır.

© Mks.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256