SƏNƏDLƏR

Bu vergi ödəyicilərinin cari vergi ödəməsinə 75 faizlik güzəşt tətbiq olunacaq?
25 DEKABR 2018
1095

Bu vergi ödəyicilərinin cari vergi ödəməsinə 75 faizlik güzəşt tətbiq olunacaq?

2018-12-25 17:18:00

Vergi məsələləri üzrə tanınmış ekspert Emin Səttarov son günlərin aktual mövzusu ilə bağlı mövqeyini açıqlayıb. Emin müəllim sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna qadağa qoyulan və 01 yanvar 2019-cu ildən gəlir və ya mənfəət vergisi kimi fəaliyyətini davam etdirəcək vergi ödəyicilərinin cari vergi ödəmələrinə aydınlıq gətirib:

"Vergi Məcəlləsinin 218.5-ci maddəsinə edilmiş dəyişiklikdən sonra növbəti vergi ilində bir çox vergi öədyiciləri qanunun tələbindən irəli gələrək məcburi qaydada aşağıdakı meyarlara əsasən sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum olunacaqlar.
1. İstehsal fəaliyyəti ilə məşğul olub 10-dan çox işçisi olan hüquqi və fiziki şəxslər;
2. Sahibkarlara xidmət göstərən hüquqi və fiziki şəxslər;
3. Sahibkarlara mal satan hüquqi və fiziki şəxslər;
4. Bina tikintisi istisna olmaqla lisenziya tələb fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər;
5. Xəz-dəri və zərgərlik məmulatlarının satışı ilə məğul olan hüquqi və fiziki şəxsllər.

Yuxarıda qeyd etdiyim meyarlara əsasən həmin şəxslər 01.01.2019-ci il tarixində hüquqi şəxslər mənfəət və fiziki şəxslər isə gəlir vergisi ödəyicisi olacaqlar. Həmin şəxslər mənfəət və gəlir vergisi bəyannaməsini və vergi məbləğini Vergi Məcəlləsinin 149-cu maddəsinə əsasən 2019- il bitdikdən sonra növbəti ilin (2020-ci ilin) mart ayının 31-nə kimi ödəməlidirlər. Bu vergilərinin ödənməsi max 15 aya olduğundan Vergi Məcəlləsinin 151-ci maddəsi ödəyicidən həmin ödənilməli olan məbləği avans olaraq ödənilməsini tələb edir. Bu əməliyyatın adı Vergi Məcəlləsində mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəməsi adlanır. Bəs cari vergi ödəməsi necə hesablanır?

Təsəvvür edin ki, A MMC I rüb ərizndə yəni, yanvar, fevral və mart ayları ərzində ümumilikdə 10 000.00 manat gəliri olub və həmin gəlirin əldə olunması üçün 8000 manat gəlirdən çıxılan xərci çəkib. Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən cari vergi məbləğinin hesablanması qaydadası.
I rüb üzrə cari vergi ödəməsinin hesablanması
1. 10000-8000=2000 (mənfəət)
2. 2000*20%=400 (mənfəət vergisi)
3. 400*75%=300 (mənfəət vergisi üzrə cari vergisi ödəməsi) Vergi Məcəlləsi cavri vergi ödəməsini min 75% ödənilməsini tələb edir. Ödəyici istəsə 300 manat əvəzinə 400 manat mənfəət vergisi tam ödəyə bilər.

A MMC II rüb ərizndə yəni, yanvar, fevral və mart ayları ərzində ümumilikdə 15 000.00 manat gəliri olub və həmin gəlirin əldə olunması üçün 7000 manat gəlirdən çıxılan xərci çəkib. Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən cari vergi məbləğinin hesablanması zamanı Vergi Məcəlləsinin 151.5.1-ci maddəsinə xüsusi diqqət edilməlidir. Aşağıda qeyd olanan maddə də ARTAN YEKUN ifadəsi qeyd olunub. Yəni ödəyici hər rüb üzrə gəlir və xərclərini toplamaqla cari vergi hesablanamsı barədə arayışı təqdim etdikdən sonra vergi orqanı əvvəlki rübdə hesablanmış vergi məbləğini çıxaraq aradakı fərqi şəxsi vərəqəyə işləyir.
151.5.1. Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə ARTAN YEKUNLA bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.

II rüb üzrə cari vergi ödəməsinin hesablanması

1. (10000+15000)-(8000+7000)=10000 (mənfəət)
2. 10000*20%=2000 (mənfəət vergisi)
3. 2000*75%=1500 (mənfəət vergisi üzrə cari vergisi ödəməsi). Vergi ödəyicisi 1500 bəyan etməsinə baxmayaraq vergi orqanı 1500-300=1200 manatı şəxsi vərəqədə əks etdirəcək.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 151-ci maddəsinin izahı idi. Bundan əlavə olaraq 2019-ci il tarixinə Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20 maddələri əlavə olunub. Yəni Vergi ödəyicisinin işçi sayı 10 nəfər və dövriyyəsi 200 000.00 manatı keçmirsə mikro sahibkarlıq subyekti hesab olunur. Vergi ödəyicisi cari vergi hesablayan zaman artan yekunla hesablanmış gəlirin (dövriyyənin) məbləği 200 000.00 manatı keçmirsə cari vergi məbləğinə 75% azadolma tətbiq edə bilər.
102.1.30. mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
106.1.20. mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;
I rüb üzrə cari vergi ödəməsinin hesablanması
1. 10000-8000=2000 (mənfəət)
2. 2000*20%=400 (mənfəət vergisi)
3. 400*75%=300 (mənfəət vergisi üzrə cari vergisi ödəməsi) 
4. 300-300*75%=75 manat (Cari vergi məbləğinə VM-nin 102.1.30 və 106.1.20 maddələrin tətbiqi)

NƏTİCƏ: Hesab edirəm ki, mənfəət və gəlir vergsinin ödəyicisi cari verginin hesablanması haqqında arayışı təqdim edən zaman dövriyyəsi artan yekunla 200 000.00 manatı keçmirsə həmin şəxslərə mikro sahibkarlıq subyekti olduğundan nəzərdə tutulan azad olma tətbiq olunacaq. Qanunun tələbindən irəli gələn hüququn tətbiqi üçün arayış formasına da vergi orqanı tərəfindən müvafiq düzəliş ediləməli olacaq. Növbəti rüblərdə dövriyyə 200 000.00 manatı keçərsə azad olma tətbiq olunmayacaq. İl bitdikdən sonra gəlir və ya mənfəət vergisi bəyannaməsi təqdim edilməklə vergi məbləği yenidən haqq hesab oluanacaq.

Redaksiyadan: Qeyd etmək istəyirik ki, bu fikirlər Emin müəllimə məxsusdur. Mks.az saytı olaraq bildiririk ki, gəlir vəya mənfəət üzrə 75 faizlik güzəşt cari vergi ödəməsinə deyil, yekun illik gəlirə tətbiq olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256