SƏNƏDLƏR

"Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları" haqqında Əsasnaməyə dəyişiklik olunub
20 DEKABR 2018
103

"Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları" haqqında Əsasnaməyə dəyişiklik olunub

2018-12-20 09:44:00

 Nazirlər Kabineti “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə"yə dəyişiklik edib.

Fins.az xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədovimzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”nin 2.11-ci bəndinə (Milli arxiv fondunun komplektləşdirilməsi. 2.11. Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, ədliyyə, miqrasiya, fövqəladə hallar, daxili işlər və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının, habelə geodeziya və xəritəçəkmə, ekologiya və təbii sərvətlər, standartlaşdırma və metrologiya dövlət orqanlarının və Azərbaycan Milli Elmlər Akademiyasının arxiv sənədləri Milli arxiv fonduna daxil olmaqla həmin təşkilatların özündə daimi mühafizə olunur ) “Azərbaycan Respublikasının” sözlərindən sonra “prokurorluq orqanlarının, habelə” sözləri əlavə edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256