SƏNƏDLƏR

20 min nəfərin yaşadığı bölgəyə şad xəbər - Prezident sərəncam verdi
28 NOYABR
473

20 min nəfərin yaşadığı bölgəyə şad xəbər - Prezident sərəncam verdi

2018-11-28 19:08:00
Prezident İlham Əliyev 20 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Bozayran–Bürzünbül–Vərgədüz–Sırıq avtomobil yolunun tikintisi məqsədilə sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə sənəddən irəli gələn məsələləri həll etməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256