SƏNƏDLƏR

Avtomobil yollarının yenidən qurulması ilə bağlı QƏRAR
21 NOYABR
269

Avtomobil yollarının yenidən qurulması ilə bağlı QƏRAR

2018-11-21 16:33:00

Nazirlər Kabineti 2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”na əlavələr edib.

Müvafiq qərarı baş nazir Novruz Məmmədovimzalayıb.

Qərara əsasən Nazirlər Kabinetinin “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 7 fevral tarixli və “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 6 fevral tarixli qərarlarında dəyişiklik edilməsi barədə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2018-ci il 13 iyul tarixli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nın 3.1-ci bəndinə (Avtomobil yollarının istiqamətinin və konstruksiyalarının seçilməsi zamanı texniki-iqtisadi göstəricilərdən başqa, yolun tikintisi və istismarı zamanı onun ətraf mühitə təsir dərəcəsi müəyyənləşdirilməli, yolun landşaftla uyğunluğu nəzərə alınmalı və ətraf mühitə minimum təsir göstərən layihə həllinə üstünlük verilməlidir – red), “Magistral avtomobil yollarının, körpülərin və tunellərin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi təmin olunmalıdır.” – abzası əlavə edilib.

Həmçinin Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.2.2-ci yarımbəndində (Neftqazçıxarma sənayesində texnogen xarakterli hadisələrin növləri - red) “Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması,” sözləri “Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və dövlət ekoloji ekspertizasının keçirilməsi,” - sözləri ilə əvəzlənib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256