SƏNƏDLƏR

Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı SƏRƏNCAM
07 NOYABR
167

Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı SƏRƏNCAM

2018-11-07 09:23:00

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında"  Sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 11 nəfərdən ibarət aşağıdakı tərkibi təsdiq edilib:

Kollegiyanın sədri

  Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri

 Kollegiyanın üzvləri

 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinləri

 Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbəri

 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhəri üzrə 1 saylı Regional Bölməsinin rəisi

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Qida təhlükəsizliyi şöbəsinin müdiri

 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri

 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının İdxal və ixraca nəzarət şöbəsinin müdiri.

Qeyd edək ki, Agentliyin Kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258