SƏNƏDLƏR

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyətlər verildi -SƏRƏNCAM
18 OKTYABR
254

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyətlər verildi -SƏRƏNCAM

2018-10-18 09:29:00

Bu gün prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 12 oktyabr tarixli 1272-VQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb.

Fins.az  xəbər verir ki, həmin qanunla Cinayət Məcəlləsinə “Dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllər” (maddə 219-2), “Radioaktiv materiallardan istifadə edərək öldürməklə, sağlamlığa ağır zərər vurmaqla və ya əmlaka əhəmiyyətli zərər vurmaqla hədələmə” (maddə 226.3), “Radioaktiv materialları talamaqla hədələmə” (maddə 227-1), “Aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər”ə (maddə 270-1) görə cinayət məsuliyyəti nəzərdə tutan yeni maddələr əlavə edilib.

Prezidentin fərmanına əsasən, qeyd olunan cinayət əməllərinin istintaqı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətlərinə daxil edilib.

Eləcə də bax:Prezident İlham Əliyev Azərbaycan iqtisadçıları ilə bağlı SƏRƏNCAM imzaladı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259