SƏNƏDLƏR

Prezident Baş prokuroru təltif edib
28 SENTYABR
307

Prezident Baş prokuroru təltif edib

2018-09-28 15:55:00

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncamında Baş prokuror Zakir Qaralovun da adı var.

Fins.az xəbər verir ki, Prezidentin sərəncamına əsasən, Baş prokuror Zakir Qaralov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Qeyd edək ki, sərəncamla həmçinin dörd nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, yeddi nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 7 nəfər “Tərəqqi”, 24 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.

 Xatırladaq ki, oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır. 

 Eləcə də bax:http://fins.az/senedler/957709/bas-nazirden-daha-bir-qerar.html

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259