SƏNƏDLƏR

Daha bir qanuna dəyişiklik edilir
24 SENTYABR
340

Daha bir qanuna dəyişiklik edilir

2018-09-24 12:24:00
“Lotereyalar haqqında” qanun tam dəyişdirilir.Bununla bağlı adıçəkilən qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi MM-in İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin  bu gün payız sessiyası çərçivəsində keçirilən ilk iclasının müzakirəsinə çıxarılıb.

Fins.az xəbər verir ki, yeni dəyişikliklərdə qeyd olunur ki, (4.9) lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılmış tarixinə azı 15 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanın müraciət edə bilər.

Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanın daxil olduğu gün qeydiyyata qeydiyyata alınır və həmin tarixdən etibarən 5 iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazə verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir.

Lotereyaların şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina barədə qərar lotereya təşkilatçısına təqdim edilir və sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255