SƏNƏDLƏR

Biləsuvar şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair Sərəncam
19 SENTYABR
202

Biləsuvar şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair Sərəncam

2018-09-19 17:43:00

Biləsuvar şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Biləsuvar rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər Evi, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 64 mənzilli 4 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, 30 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bundan başqa,  Biləsuvar şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, iri istehsal və emal müəssisələri yaradılmış, 25 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Biləsuvar şəhərində istismar müddəti başa çatmış 4 ikimərtəbəli   binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Biləsuvar şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259