SƏNƏDLƏR

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” – PREZİDENTİN FƏRMANI
31 AVQUST
308

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” – PREZİDENTİN FƏRMANI

2018-08-31 11:21:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1148, № 12, maddə 1549; 2015, № 10, maddə 1141; 2016, № 6, maddə 1055, № 10, maddə 1634, № 12, maddə 2078; 2017, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2285; 2018, № 1, maddə 48, № 5, maddə 929) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissədə “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” üzrə:
2.1. 2.9-cu bəndin birinci cümləsinə “fotoşəkli” sözündən sonra “və əl-barmaq izləri” sözləri əlavə edilsin;
2.2. 2.10-cu bəndə “Vətəndaşın” sözündən sonra “əl-barmaq izlərinin götürülməsi, habelə” sözləri əlavə edilsin;
2.3. 2.14.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.14.13-cü yarımbənd əlavə edilsin:
“2.14.13. vəsiqə sahibinin əl-barmaq izləri (hər əlindən bir barmaq izi).”;
2.4. 2.18-ci bənddə “və 2.14.12-ci” sözləri “, 2.14.12-ci və 2.14.13-cü” sözləri ilə əvəz edilsin;
2.5. 2.23-cü bəndə “çəkilməklə” sözündən sonra “və əl-barmaq izləri götürülməklə” sözləri əlavə edilsin;
2.6. 6.1-ci bənddə “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin;
2.7. 6.3-cü bəndə “vətəndaşın” sözündən sonra “əl-barmaq izləri götürülmür, həmçinin” sözləri əlavə edilsin;
2.8. 6.5-ci bənddə “və 2.14.7-ci” sözləri “, 2.14.7-ci və 2.14.13-cü” sözləri ilə əvəz edilsin.
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 avqust 2018-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255