SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
21 AVQUST
870

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2018-08-21 10:55:00

Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan ­yanacağın miqdarının tənzimlənməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun miqdarından artıq keçirilən benzinin və (və ya) dizel yanacağının hər 1 (bir) litri üçün 0,6 ABŞ dolları məbləğində spesifik gömrük rüsumu alınır.

2. Bu qərarın 1-ci hissəsində göstərilən məbləğ avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada idarəetmə hüququ olan şəxs tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrindəki gömrük orqanlarına bank, poçt və ya plastik kart vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249