SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında – SƏRƏNCAM
04 İYUN
842

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında – SƏRƏNCAM

2018-06-04 11:42:00
R.B.Səmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Raqub Baxdı oğlu Səmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255