SƏNƏDLƏR

Yaşıllıqların mühafizəsi qaydaları dəyişildi
17 MAY
191

Yaşıllıqların mühafizəsi qaydaları dəyişildi

2018-05-17 09:47:00

Azərbaycanda yaşıllıqların mühafizəsi haqqında qanuna dəyişikliklər edilib.

Fins.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydası təsdiq edilib.

Qaydalara əsasən, yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatlar toplanacaq. Həmçinin yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğu təmin ediləcək.

Məqsəd yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olmaqdır.

Eləcə də bax: Azərbaycan Respublikası Prezidentinin Fərmanı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254