SƏNƏDLƏR

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”
03 MAY
282

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”

2018-05-03 14:08:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
№ 193 Bakı şəhəri, 1 may 2018-ci il “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarında dəyişiklik edilməsi barədə
“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 251 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı (Azərbaycan Respublikası- nın Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1068; 2012, № 1, maddə 26, № 7, maddə 786; 2014, № 12, maddə 1652; 2015, № 6, maddə 805) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na aşağıdakı məzmunda doqquzuncu sətir əlavə edilsin:
“Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, gözün buynuz qişası, sümük iliyi
 
Novruz MƏMMƏDOV Azərbaycan Respublikasının Baş naziri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257