SƏNƏDLƏR

Bu nazirlər vəzifələrindən azad olunublar
21 APREL
5691

Bu nazirlər vəzifələrindən azad olunublar

2018-04-21 18:07:00

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, yeni tərkibdə aşağıdakı, baş nazirin müavini nazir və komitə sədrlərinin adları yoxdur.

1. Səlim Müslümov - əmək və əhalinin sosial müdafiəsi naziri idi.

2. Əli Həsənov - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri idi.

3. Heydər Əsədov -  kənd təsərrüfatı naziri  idi.

4. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəfat etmişdi vəzifə vakant idi.

5. Abid Şərifov - Baş nazirin müavini idi.

Yeni nazirlər və komitə sədrləri aşağıdakılardır:

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

Səhiyyə, təhsil, gənclər və idman, mədəniyyət, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi nazirləri təyin edilməyib.

Həmçinin Dövlət Gömrük Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sədr təyinatı olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253