SƏNƏDLƏR

Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov ordenlə təltif edilib
27 MART
289

Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov ordenlə təltif edilib

2018-03-27 11:01:00
Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanovu təltif edib.

Fins.az xəbər verir ki, prezidentin bununla bağlı imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-mayor Orxan Sedyar oğlu Sultanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bununla yanaşı, prezident sərəncamı ilə Xarici Kəşfiyyat Xidməti rəisinin müavini general-mayor Ceyhun Şadlinski də 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə  təltif edilib.

Bundan başqa Xidmətin bir sıra əməkdaşı da müxtəlif ordenlərlə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276